Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı milyarderlərlə bağlı Dövlət Statistika Komitəsindən açıqlama

"Forbes" jurnalı və kütləvi informasiya vasitələri hər il ölkələr üzrə milyarderin siyahısı açıqlayır.

Azərbaycanın ən varlı adamlarına gəlincə, bu haqda yalnız ehtimallar var.

Belə ki, Azərbaycanda neçə milyarder, neçə nəfər multimilioner, neçə nəfər milyoner olması haqda statistika açıqlanmır. Bu sırada yalnız dövlət məmurlarının, monopolist biznesmenlərin adları çəkilir.

Bu da ölkədə kölgə iqtisadiyyatının, korrupsiya və inhisarçılığın olması ilə bağlıdır. Müstəqil iqtisadçı ekspertlərin hesablamalarına görə, Azərbaycanda da təbəqələşmə sürətlə böyüyür, rəsmi məlumatlar isə, bunun əksini bəyan edir. Bizdə milyarderlərin, milyonerlərin statistikası gedirmi? Bizdə nə qədər milyoner var? Sosial təbəqələşmə ilə bağlı statistika necədir?

Bizimyol.info-nun əməkdaşı bu suallarla Dövlət Statistika Komitəsinə informasiya sorğusu göndərilib.

Sorğuya cavabda bildirilib ki, bu məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən müşahidəsi aparılan göstəricilərin siyahısına daxil deyil.

Ramid İbrahimov

Paylaş »
››› Toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barədə maraqlı faktlar üzə çıxdı
››› “Polkovnikin intiharından xəbərimiz yoxdur” - Orduda nə baş verir...
››› Tokio-2020: Fransanı təmsil edən azərbaycanlı boksçu üçün polisə müraciət olunub
››› Milli Məclisdə toqquşma: "Polisin yiyəsi var, deputatın yiyəsi yoxdur?"
››› “Ermənistan yeni itkilərini gözə almalıdır”
››› Spikerdən... “yüksək pilotaj”
››› Azərbaycanda zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »