Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beş kamerası olan ilk mobil telefon nümayiş etdirildi - Foto

“Nokia” brendi ilə telefonlar buraxan Finlandiyanın “HMD Global” şirkəti beş kameralı ilk smartfonu təqdim edib. Bu barədə şirkət özü məlumat yayıb.

Bizimyol.info xəbər verir ki, yeni “Nokia 9 PureView” smartfonu Zeiss optik ilə təchiz olunub. İstehsalçılar iddia edir ki, beş kameradan görüntülərin avtomatik birləşməsi çəkilişdən sonra fotonun mərkəzini (fokus) tənzimləməyə imkan verir. Həmçinin 12 meqapiksel ölçüdə şəkillərə müstəsna dinamik diapazon verəcək.

“HMD Global” şirkəti bildirir ki, bu yeni smartfon özəlliklə fotoqraflar üçün yaradılıb. Bu smartfonda çəkilmiş şəkilləri birbaşa elə telefonun özündə redaktə eləmək mümkün olacaq. “Nokia 9”un altı düymlü (1 düym 2.54 santimetrdir) ekranı var. Onun operativ yaddaşı (RAM) 6 gb, daxili yaddaşı isə 128 gb-dır.

"Nokia" beş kameralı smartfon

Yeni smartfonun mart ayında satışa çıxarılacağı bildirilir. ABŞ-da onun qiyməti 699 dollar olacaq. Başqa ölkələrdə isə qiymət bazardan asılı olacaq.

Son xəbərlər
Bütün xəbərlər »