Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyanın ən sağlam əhaliyə malik ölkələri açıqlandı

“Bloomberg” agentliyi əhalinin sağlamlıq səviyyəsinə görə dünya ölkələrinin reytinqini hazırlayıb.

Siyahıya ötən illə müqayisədə, beş pillə irəliləmiş İspaniya başçılıq edir. Ardınca 2018-ci ilin lideri İtaliya gəlir.

İlk onluğa İslandiya, Yaponiya, İsveçrə, İsveç, Avstraliya, Sinqapur, Norveç və İsrail kimi ölkələr daxil edilib. Reytinq cədvəli tərtib olunan zaman Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nin əhali bölməsinin və Ümumdünya Bankının statistik məlumatları təhlil olunub.

Araşdırmada müxtəlif risk və faktorlar, o cümlədən, həyat davamlılığı, sanitar və ekoloji şərait, insanlar üçün yaradılan tibbi şərait, içməli suyun təmizlik səviyyəsi, siqaret çəkən və çəkməyən insanların nisbəti, həmçinin, artıq çəkidən əziyyət çəkən insanların sayı nəzərə alınıb. (Oxu.az)

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Oğluma polis bölməsində ağır işgəncələr verilir” - DİN-dən ittihama cavab
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› “NATO ölkəsinin Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirməsi ciddi məsələdir”
››› Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir
Son xəbərlər
Bütün xəbərlər »