Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
XİN: "Xocalı soyqırımının məsuliyyəti bütövlüklə Ermənistan tərəfinin üzərindədir"

Ermənistan tərəfi azərbaycanlılara qarşı bir çox hərbi cinayətlər törədiblər.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva brifinq zamanı bildirib.

“Hələ SSRİ dövründə erməni millətçiləri Dağlıq Qarabağ bölgəsində separatçı hərəkətlərə başlayıblar. Ermənistan tərəfindən təcavüzkarlıq və zorakılıq müharibəyə gətirib çıxarıb, nəticədə Azərbaycan torpaqları işğal olunub, azərbaycanlılara qarşı etnik təmizliklər törədilib”, - L.Abdullayeva qeyd edib.

“Xocalı soyqırımının məsuliyyəti bütövlüklə Ermənistan tərəfinin üzərindədir”, - deyən XİN rəsmisi həmin hadisələr nəticəsində Azərbaycan iqtisadiyyatına 770 milyon dollar həcmində ziyan vurulduğunu diqqətə çatdırıb.

“Mövcud faktlar bu cinayətin kortəbii olmadığını, adi hadisələr sırasına aid olmadığını, planlı şəkildə törədildiyini göstərir. Bir sıra ermənilər soyqırımın təşəbbüskarı olub, baş verənlər onların tam məsuliyyət daşıdıqlarını sübut edir”, - deyən L.Abdullayeva həmçinin 16 dövlətin Xocalı hadisələrini ən sərt şəkildə qınayaraq soyqırımı olaraq tanıdıqlarını dilə gətirib. (Report.az)

Paylaş »
››› Rusiyada yaşayan soydaşımız elə bir əməl törətdi ki...
››› "Bizi otağa saldılar, qol çəkdirdilər, guya biz icra başçısından razıyıq"
››› 2 min ildən çox əl vurulmayan meyvə dolu səbət tapılıb - Foto
››› İran Ermənistanla yaxınlaşır: “Münasibətlərə hətta “bir millət, iki dövlət” prizmasından yanaşırlar”
››› Ərdoğan Dövlət Baxçalını evində ziyarət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Fransada yeni şəxsiyyət vəsiqəsi qəzəbi: “Makron Fransanı alçaltdı”
Son xəbərlər
Bütün xəbərlər »