Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş redaktorun ailəsi də yanğından zərər çəkib

Aydın Quliyev: “Həyat yoldaşımı və nəvəmi vaxtında xilas etdilər”

Məlum olduğu kimi, bu gün günota saatlarında Bakı şəhəri, Yasamal rayonunda Şəfayət Mehdiyev küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın olub. Yanğından zərərçəkənlər arasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aydın Quliyevin də ailə üzvləri olub.

Bizimyol.info-ya açıqlamasında Aydın Quliyev bildirib ki, onun mənzilinə də zərər dəyib: “Yanğın başlayan zaman həyat yoldaşım və 4 yaşlı nəvəm Emil evdə olub. Çox şükür ki, onlar vaxtında xilas edilib. Yanğın söndürülən zaman bizim də mənzilimiz zərər çəkib. Ancaq nə etmək olar?! Əsas odur ki, salamatlıqdır”.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »