Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Problemli kreditlər insanları intihar həddinə çatdırıb”

Nemət Əliyev: “Hökumət bilmir ki, 180 manatın iki bazarlıq canı yoxdur?!”

İqtisadçı-ekspert, AXCP Rəyasət Heyətinin üzvü Nemət Əliyev Bizimyol.info-ya verdiyi açıqlamada deyib ki, hökumətin ümumi iqtisadi inkişaf üçün seçdiyi yol yanlış olub və ölkədə həyat sıviyyəsini yaxşılaşdırmayıb, iqtisadiyyatda canlanma yaratmayıb: “Ancaq kosmetik xarakterli tədbirlər görüblər. Problemli kreditlər vətəndaşları intihar həddinə çatdırıb. 130 manat minimum əməkhaqqının məbləği bu il 180 manat müəyyən edib. Hökumət bilmir ki, 180 manatın iki bazarlıq canı yoxdur?! Allah eləməsin, bu gün kim xəstələnsə ölmüş kimidir. Çünki həmin 180 manat təkcə müayinəyə gedəcək. İşləməyən ailə üzvləri varsa, həmin ailə nə ilə dolanacaqlar?”

Bu arada bu gün sosial-iqtisadi mövzuda keçirilən müşavirdə Prezident İlham Əliyev də bu məsələlərə toxunub. O, öz çıxışında deyib ki, minimum əməkhaqqı məbləği 130 manatdan 180 manata qaldırılsa da, bu, son hədd deyil. Dövlət başçısı bildirib ki, əməkhaqlarının və pensiyaların artıılması davam edəcək. Bundan başqa Prezident problemli kreditlər probleminin həlli ilə bağlı da yaxın zamanlarda qərar veriləcəyini bildirib.

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib - Video
Son xəbərlər
Bütün xəbərlər »