Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda yanan yaşayış binasında zəhərlənən sakinlərin vəziyyəti ilə bağlı açıqlama

Yasamal rayonu Səfahət Mehdiyev küçəsində yerləşən 24 mərtəbəli yaşayış kompleksində baş verən yanğından zəhərlənən 2 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Həkimlər zəhərlənmiş şəxslərin səhhəti qənaətbəxş olduğunu bildirib.

Bizimyol.info-ya zəhərlənmiş şəxslərin ailə üzvü Rüstəm Əlibəyli bildirib ki, yanğın binanın “C” blokunda baş verib.

“Biz həmin binada 3-cü mərtəbədə yaşayırıq. Yanğının tüstüsündən 1965-ci il təvəllüdlü anam Gəncəyeva Rəna Salman qızı və 1993-cü il təvəllüdlü həyat yoldaşım Əlibəyli Səbinə Yelmar qızı zəhrələnib. Səhhətlərinin qənaətbəxş olduğu bildirilir”,-R.Əlibəyli bildirib.

O, qeyd edib ki, binanın qəza çıxışı olmadığı və yanğın hidrantları işləmədiyi üçün yanğının qarşısını almaq və sakinləri xilas etmək çətinləşib.

Ramid İbrahimov

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Düşmənin atəş nöqtələri, komanda idarəetmə məntəqəsi məhv edilib - Video
Son xəbərlər
Bütün xəbərlər »