Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qlobal istiləşmənin xeyri də olacaq

Cari yüzillikdə qlobal istiləşmənin təsiri altında yağıntıların güclənməsi ilə əlaqədar Yer planetinin bəzi quraq regionlarında su resursları artacaq.

“EurekAlert!” nəşrinin dərc etdiyi elmi məqaləyə görə, Çinin Elmlər Akademiyasının Atmosfer Fizikası İnsititunun alimləri belə bir nəticəyə gəlib.

Tədqiqatçılar Afrikanın Sahel bölgəsinin (Şimali Səhra ilə Cənubi Səhra arasında yerləşən tropik savanna) yarımquraq ərazilərində iqlim dəyişikliyini araşdırıb.

Sahel yağıntı miqdarında baş verən dəyişikliklərə həssas olur. Həmin bölgədə baş verən quraqlıq bəzi Afrika ölkələrində irimiqyaslı ərzaq və su qıtlığına yol açır. Mövcud iqlimi modellər yağıntı miqdarı ilə bağlı proqnozlarda qeyri-müəyyənliyin olduğunu aşılayır.

Məlum olub ki, belə qeyri-müəyyənlik Cənubi Asiya və Sakit okeanın şimal-qərbində yağıntıların modelləşdirilməsi ilə sıx əlaqəlidir. Bunu nəzərə alaraq, mütəxəssislər proqnozlara yenidən baxıb və Saheldə yağıntı miqdarının 109 faiz artacağını ortaya çıxarıb. Bundan başqa, regionda əlçatan su resurslarının 119 faiz artacağı gözlənilir. (Oxu.az)

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »