Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Borcu olmadığı halda işığı kəsildi -“Azərişıq”dan açıqlama

İqtisadçı-ekspert Qalib Toğrulun mənzilinə verilən işıq xətti borcu olmadığı halda qəsdən kəsilib.

Bizimyol.info xəbər verir ki, bu haqda məlumatı mütəxəssisin özü sosial şəbəkə hesabında yazıb.

“Fevralın 22-də “Azərişıq" ASC-nin əməkdaşları işığmızı kəsiblər. Hələ bu azmış kimi avtomatı da özlərilə aparıblar. Məsələni aydınlaşdırmaq üçün “Azərişıq”ın qaynar xəttinə (199) zəng elədim. Xəttin başındakı qız ədalı-ədalı abunə kodumu soruşur, demək istəyir ki, borcun var, əcəb eləyib kəsmişik. Kodu daxil edəndən sonra borcumun olmadığını görüb, öz aləmində məni azdırır, 465 85 12 telefon nömrəsinə zəng edin, səbəbini desinlər, söyləyib dəstəyi asır. Xanımın verdiyi telefon daim məşğul göstərir, azı 30 dəfə zəng etdikdən sonra anlayıram ki, dəstəyi kənara qoyublar, bu qədər sadə. Sonra 4 dəfə 199-a zəng edirəm, hərəsi bir bəhanə ilə başından eləyir. Nəhayət, Nərimanov Enerji Satışından bir xanımla calaşdırırlar. Dərdimi danışdıqca elə bil xanımın yarasına duz basıram. “Başlarına daş düşsün, bütün günü küçələrdə sülənib, oğru kimi onun-bunun işığını kəsirlər, zülmünü biz çəkirik” dedi. Sonra da əlavə etdi: “Telefonunuzu deyin, çalışıb usta göndərərik". Bu da məni belə yola verdi”,-deyə Q.Toğrul bildirib.

O, məsələ ilə bağlı rəsmi şəkildə polisə müraciət edəcəyini bildirib.

Bizimyol.info iqtisadçı-ekspert Qabil Toğrulun şikayəti əsasında “Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxlayıb.

Mətbuat katibi bildirib ki, o, məsələ ilə bağlı Q.Toğrula zəng edib: “Düzdür, mənim telefon nömrəmə zəng etdiyi an cavab verməmişəm. Sadəcə o an mənim telefonum yadımdan çıxıb səssizdə qalıb. Onun zəng etdiyini görəndə tez ona zəng etdim. Zəngimə cavab vermədi. Sadəcə təəssüf edirəm ki, borcu olmadığı halda niyə problem yaradılıb? Mütləq məsələnin araşdırılmasında yardımçı olacam”.

Ramid İbrahimov

Paylaş »
››› Türkiyədə yanğın yerinə gələn nazir Çavuşoğlu sərt reaksiya ilə qarşılaşdı – Video
››› Admiral Türkiyədəki yanğınların arxasında gizlənən ölkənin adını açıqladı
››› Deputatdan şillə-təpikli "təşəkkür"
››› Sərxoş deputat polisi evindən yuxudan qaldıraraq öz obyektində döyüb
››› Cins şalvar geyindiyi üçün döyüldü, körpüdə asılı tapıldı
››› Biri qanunverici, digəri qanun keşikçisi - Polisi döyən deputatın axırı necə olacaq...
››› Deputat Eldəniz Səlimov polisi döyüb - DİN hadisəni təsdiqləyib
Son xəbərlər
Bütün xəbərlər »