Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaq pulunun bərpası üçün imzatoplama kampaniyasına başlanılıb

Aylıq uşaq pulunun bərpası üçün imzatoplama kampaniyasına və petisiyaya başlanılıb. 500 imza toplandıqdan sonra ölkə başçısına müraciət olunacaq.

Bu barədə bizimyol.info-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev bildirib. O, deyib ki, bütün qanuni yollardan istifadə etməklə uşaq pulu bərpa edilənə kimi mübarizə aparılacaq.

“Bu günə olan son məlumata əsasən aylıq uşaq pulunun bərpası üçün müraciəti 212 imzalayıb. Onu da bildirim ki, imzatoplama kampaniyasına dünən başlanılıb”,- deyə Ə.Vəliyev bildirib. O, hər bir vətəndaşı aylıq uşaq pulunun bərpası üçün keçirilən imzatoplama kampaniyasına və petisiyaya qoşulmağa dəvət edib.

Petisiyada mətnində qeyd olunub: “Dövlətin ən qiymətli sərvəti uşaqlardır. Ölkəmizdə uşağı sağlam, cəmiyyətə faydalı vətəndaş kimi böyütmək məsuliyyətli, mənəvi qüvvə və böyük xərc tələb edən bir işdir. Artıq uzun illərdir ki, ölkəmizdə aylıq “uşaq pulu” – dövlət tərəfindən verilən müavinət ləğv edilib. Bu qərar həm uşaqların say artımına, həm də sağlam qidalanmağına mənfi təsir göstərib. Buna səbəb isə heç şübhəsiz ki, uşaqların qida, ləvazimat və geyimlərinin çox baha olması, uşaqlar üçün tibbi sığortanın yox dərəcəsində olması, bağçalara, məktəblərə qəbul qaydalarının şəffaf olmaması, uşaq poliklinikalarında uşaqların qəbulunun və davamlı müayinəsinin pulsuz aparılmamasıdır.

Biz valideynlər uşaq pulunun bərpasını tələb edirik. Dövlət öz vətəndaşına, gələcəyin əsgərinə sahib çıxmalı, qayğısına qalmalı və onun sağlam qidalandırılaraq böyüdülməsinə yardım etməlidir. Sağlam uşaq, gələcəyin güclü ordusu deməkdir. Vətəni qorumaq üçün sağlam və igid Azərbaycan əsgəri yetişdirən valideynlərə yardım edilməlidir”.

Ramid İbrahimov / Bizimyol.info

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »