Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Başçının ölümü ilə bağlı İH-dən açıqlama

Bu gün gecə saatlarında qəfil dünyasını dəyişən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən Hüseyn oğlu İbrahimov Bakıda dəfn ediləcək.

Bu barədə Axar.az-a Naftalan Şəhər İcra Hakimiyyətindən məlumat veriblər. İcradan bildirilib ki, başçının hər hansısa xəstəliyi olmayıb:

“Hansısa ciddi xəstəliklə bağlı şikayəti olmayıb. Ölümü də qəfil baş verib. Rövşən İbrahimov Bakıda dəfn ediləcək. Ailəsi və özü uzun illər Bakıda yaşayıb. Bu səbəbdən də dəfn edilmək üçün Bakıya aparılıb”.

Qeyd edək ki, 1967-ci ildə Siyəzən rayonunda anadan olan 51 yaşlı Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Rövşən İbrahimov bu gecə qəfil dünyasını dəyişib.

O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 may 2018-ci il tarixili Sərəncamı ilə Naftalan İcra Hakimiyyətinin başçısı təyin edilmişdi.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Tarif Şurasının son qərarı əhalinin ödəmə qabiliyyətinə heç bir təsir etməyəcək - Rəsmi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »