Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Keçmiş nazirin imzaladığı 100 milyon manatlıq sövdələşmə bir sözlə iflas oldu"

"2011-ci ildə o zamankı Nəqliyyat naziri Ziya Məmmədovun rəhbərliyi ilə Cənubi Koreya şirkəti ilə 100 milyon manatlıq bir sövdələşmə ilə Bakı şəhəri üzrə nəhəng bir texnoloji infrastruktur və informasiya sistemi, həmçinin də onu idarə etmək üçün Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi yaradılıb. Lakin qısa zaman sonra məlum oldu ki , NİİM qarşıya qoyulan vəzifələri yerinə yetirə bilmir".

Bİzimyol.info xəbər verir ki, bunu Azərbaycan Milli İnternet Forumunun prezidenti Osman Gündüz şəxsi sosial şəbəkə hesabında yazıb. O qeyd edib ki, 2015-ci ildən Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzi Bakı Nəqliyyat Agentliyinin tabeçiliyinə keçsə də yenə də onların fəaliyyəti və gördüyü işlər haqqında müsbət danışmaq mümkün deyil:

Osman Gündüz

"2007-ci ildə nəqliyyatın intellektual idarə edilməsi üçün Prezident fərmanı verilib və bu iş Nəqliyyat Nazirliyinə həvalə edilib. Qarşıya qoyulan vəzifə isə Bakı şəhərində nəqliyyatı texnologiyaların köməyi ilə intellektual formada idarə etmək, işıqforları tam avtomatik idarə etmək, texnologiyalar vasitəsilə tıxacların qarşısının alınmasına və idarə olunmasına nəzarət etmək, SMS məlumatlandırma ilə tıxac vəziyyətdən çıxış, alternativlər təqdim etmək, sürücülərin məlumatlandırılmasını təşkil etmək və s. olub.

Qısa zamanda məlum oldu ki NİİM qarşıya qoyulan vəzifələri yerinə yetirə bilmir.Dayanacaqlarda quraşdırılan, dəyəri az qala 10 min dollar olan 700-dək monitorlar, yüzlərlə müşahidə kameraları, kilometrlərlə fiber optik infrastruktur, yüzlərlə avtobuslarda quraşdırılan GPS tipli avadanlıqlara, MİİM-də quraşdırılan dünyanın ən böyük monitoruna məxsus olan bu nəhəng infrastruktur effektiv işləyə bilmədi. Bir sözlə, NİİM iflas oldu ki, bu da Azərbaycanın İT tarixində ən bahalı və ən uğursuz layihə hesab oluna bilər.

2015-ci ildə Bakı Nəqliyyat Agentliyi yaradılanda Nəqliyyat Nazirliyinin tabeliyində olan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi BNA tabeliyinə keçdi. Yəni, həmin tarixdən nəqliyyatın vahid mərkəzdən intellektual formada, mərkəzləşdirilmiş formada tənzimlənməsi BNA səlahiyyətindədir. Ondan sonra qəbul edilən bütün fərman və sərəncamlarda, qərarlarda BNA-ya tapşırıqlar verilib ki, bu sahədə qayda yaradılsın.

Bakı şəhərindəki bütün işıqforlar Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə edilməliyidi. Hətta prezident fərmanı ilə DİN–nin idarəetməsində olan işıqforlar da BNA tabeliyinə keçirilib. BNA-nın digər dövlət qurumları tərəfindən elektron qaydada məlumatlandırılması üçün də addımlar atılıb. Yəni, effektiv idarəetməni təşkil etmək üçün BNA-ya yetrəincə köməkliklər olunub. Bütün bu tapşırıqlar isə 2015 -2018-ci illər aralığında olub.

Nəticə varmı? Nəqliyyat mərkəzləşdirilmiş formada, intellektual olaraq idarə olunurmu? Təəssüfki bu suala müsbət cavab vermək olmur.

Bu müddətdə BNA hansı addımları atıb? Köhnə infrastrukturdan nə qalib, nələrdən istifadə olunur.

Yeni hansı həllər təklif olunur? Bu haqda heç bir rəsmi açıqlamalar yoxdur.

Yeri gəlmişkən, ötən il Prezident fərmanı ilə BNA-ya daha bir səlahiyyət verilib. Dayanma və durmanın qadağan edildiyi yerlərdə elektron protokolların tərtib edilməsi məqsədilə foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin quraşdırılması və qaydanı pozanlarla bağlı tədbirlər görmək də BNA- ya tapşırılıb.

Qəribədir ki, 4 ildə əsas vəzifə olan NİİM problemini həll edə bilməyən BNA "elektron protokol" sistemini tezliklə quraşdırıb və dərhal da fəaliyyətə başlayıb".

Səsləndirilən iradları və iddiaları cavablandıran Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Osman Gündüzün qeyd etdiklərini qeyri-obyektiv yanaşma kimi qiymətləndirib və bunu ictimai avantüra adlandırıb:

Mais Ağayev

"Hörmətli Osman bəy nə qədərki Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti ilə bağlı qeyri-obyektiv yanaşıb, məsələləri dərindən bilmədən şərh edəcək o halda bu mövzuda axtardığınız suallara heç cür cavab tapa bilməyəcəksiniz.

Digərlərindən fərqli olaraq Osman Gündüz peşəkar olaraq NİİM-in niyə hələ də təyinatı üzrə tam çalışmadığını daha gözəl bilməlidir. Ola bilər bilir amma etiraf etməkdə çətinlik çəkir. Ola bilər ki, o da BNA-nın qanunsuz parklanmaya qarşı apardığı tədbirlərə qarşı çıxanlardansız bilmirəm. Amma bir onu bilirəm ki, bu yazdığı milyonlarla insanların rahatlığı üçün görülən işlərə kölgə salmaq, insanları dövlət qurumuna qarşı inamını azaltmağa hesablanmış ictimai avantüradır. Əgər sizləri həqiqətən NİİM-in fəaliyyəti qayğılandırırsa o halda niyə bir peşəkar kimi təkliflə çıxış etmirsiniz? Ya edibsiniz BNA qəbul etməyib? Olub belə müraciət?".

Səsləndirilən iddialarla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə informasiya sorğusu göndərilib.

Bizimyol.info

Paylaş »
››› Türkiyədəki yanğınların təxribat olduğunu təsdiqləyən görüntülər - Video
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› “Patı” mafiyası, yoxsa, agentura: “Planlı işləyirlər”
››› 20 yaşlı gənc eyni toyda iki gəlinlə evlənib - Video
››› Alovun içində üzümüzü ağ edənlər: Azərbaycan qardaş ölkəyə necə dəstək verir...
››› "Zaman dəyişsə də, Türk qadını dəyişmədi" - Foto
››› Avqustun 3-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »