Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda evdən qadının skeleti tapıldı

Bakıda qadın skeleti tapılıb.

Fevralın 24-ü saat 13 radələrində Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində yaşayan 1951-ci il təvəllüdlü Abdurəhimova Umuyətin üzərində zorakılıq əlamətləri olmayan skeletlənmiş meyiti tapılıb. Onun skeleti mənzilin mətbəxə keçid hissəsində aşkarlanıb.

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Meyitin müayinə olunması üçün ekspertiza təyin olunub.

Qonşular bildirib ki, U.Abdurəhimovanı sonuncu dəfə iki il əvvəl görüblər və onun Dağıstana getdiyini eşidiblər. Umuyət Abdurəhimova uzun müddət 102 saylı “JEK”də süpürgəçi işləyib, daha sonra təqaüdə çıxıb. Məlumata görə, onun Bakıda yaxın qohumu yoxdur.

Binəqədi rayon prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo.az)

Paylaş »
››› Ən çox mina tapan... minaya düşdü - Fotolar
››› David Babayan: Azərbaycan və Türkiyə dürüst düşmənlərdir
››› “Biz Ermənistana kömək edib, onun ərazisində əməliyyatlar aparacağıq”
››› Tanınmış idmançı: “Xaricdən süpürgəçini gətirib “məşqçi” kimi təqdim edirlər”
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Sabiq nazirin ölkədən çıxışına qadağa qoyulubmu... - Açıqlama
Son xəbərlər
Bütün xəbərlər »