Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Duzun daha bir zərəri aşkarlandı

Almaniyanın Münhen Texniki Universitetinin alimləri qidada həll olmuş duzun çöküntüsünün insan orqanizmində allergik reaksiyaları inkişaf etdirdiyini müəyyən edib.

Bu barədə “MedicalXpress”də dərc olunan press-relizdə deyilir.

Mütəxəssislər araşdırma zamanı atopik dermatitdən (xroniki allergik xəstəlik - red.) əziyyət çəkən pasiyentin dərisindən götürülmüş nümunəni müayinə edib. Məlum olub ki, dərinin zədəli sahələrində natrium miqdarı normadan 30 dəfə çox olub.

Tədqiqatçılar natrium-xloridin Th2- hüceyrələrini normadan artıq interleykin-4 və interleykin-13 zülalları ifraz etməyə vadar etdiyini müəyyənləşdirib. Bunun nəticəsində dərinin iltihablı xəstəlikləri, o cümlədən, atopik dermatit meydana gəlir. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »