Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qatlanan smartfonlar satışa çıxarılır - Foto, Video

“Huawei” şirkəti ekranı qatlanan yeni smartfonu – “Mate X”ı təqdim edib. Telefon əl ilə xəfif toxunuşla planşetə çevrilir. Genişlənmiş formada ekranın diaqonalı 8 düymə (1 düym 2.54 santimetrdir) çatır.

Bizimyol.info xəbər verir ki, yeni model telefon çox tez enerji yığır – yarım saata təxminən 85 faiz. Bundan əlavə, “Mate X” 5G-ni dəstəkləyəcək. Bu model telefonların 2019-cu ilin ortalarında satışa çıxarılacağı bildirilir. Telefonun operativ yaddaşı (RAM) 8 GB, daxili yaddaşı isə 512 GB olacaq.

Huawei Mate X qatlanan smartfon

Avropada “Mate X”ı 2299 avroya almaq mümkün olacaq. Bu, “Samsung”un bir müddət öncə təqdim etdiyi analoji smartfondan xeyli bahadır. Amma qiymət məsələsi yeganə fərq deyil. “Huawei”in təqdim etdiyi yeni aparat “Samsung”un yeni modelindən daha nazik, ekranı isə ondan daha enlidir.

Son xəbərlər
Bütün xəbərlər »