Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Inın oxşarını Vyetnamdan qovdular - Foto

Kim Çen Inın Avstraliyadan olan oxşarı Hovard İks ABŞ və Şimali Koreya liderlərinin Zirvə toplantısı ərəfəsində Vyetnamdan deportasiya edilib.

Bu barədə “Reuters” məlumat yayıb. “Kim”in dediyinə görə, onu ölkə hüdudlarından kənarlaşdırmazdan əvvəl bir müddət saxlayıblar. “Şimali koreyalılar yumor hissindən məhrumdur. Satira isə istənilən diktaturaya qarşı ən güclü silahdır”, - deyə Hovard İks bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında növbəti sammit 27-28 fevral tarixlərində Vyetnamın paytaxtı Hanoyda keçiriləcək.

Bundan əvvəl oxşarın Sinqapur hökuməti ilə də analoji problemləri olmuşdu. Belə ki, hər hansı təxribatın baş verməməsi üçün 2018-ci ildə onun ABŞ-KXDR sammitinin keçirildiyi məkana yaxınlaşmasına qadağa qoyulmuşdu. (Oxu.az)

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Koronavirusla adi qripin fərqi
››› “Əgər orduya kömək etmək istəyirsinizsə,..” - Hərbi ekspertdən çağırış
Son xəbərlər
Bütün xəbərlər »