Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtkin düşən tələbə tapıldı

Bakı Dövlət Universitetinin (BDU) itkin düşən tələbəsi tapılıb.

Bu barədə ONA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib. Məlumatda bildirilir ki, fevral ayının 17-də itkin düşən Goraboy rayon sakini Mayis Qurbanov bu gün səhər saatlarında Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, Kəlbəcər rayonundan olan məcburi köçkün Mayis Aslan oğlu Qurbanov bir neçə gün əvvəl Bakıya getmək adı ilə evdən çıxıb və həmin tarixdən itkin düşüb. Tələbənin yaxınları bu barədə polisə məlumat veriblər.

M.Qurbanov BDU-nun hüquq fakültəsinin birinci kurs tələbəsidir. O, 667 balla universitetə qəbul olunub.

Paylaş »
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Ərəblərdən Trampı əsəbiləşdirəcək addım
››› “Azərbaycandan çox geri qalmışıq”
››› Araik Arutyunyan Paşinyana məktub yazıb İlham Əliyevlə danışıqlara çağırır
Son xəbərlər
Bütün xəbərlər »