Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı təkrar səsvermə keçiriləcək

Böyük Britaniyada Avropa İttifaqından çıxmaq məsələsilə əlaqədar parlamentdə martın 12-nə qədər təkrar səsvermə keçiriləcək. Böyük Britaniyanın baş naziri Tereza Mey bunu vəd edib.

Bizimyol.info xəbər verir ki, baş nazir növbəti həftə səsvermə keçirilməyəcəyini bildirib. O, qərarını komandasının hazırda Brüsseldə görüşlər keçirməsilə izah edib. Həmin görüşlərin məqsədi budur ki, britaniyalı parlamentarilərin tələb etdiyi dəyişikliklərin yerinə yetiriləcəyinə zəmanət verilsin.

Böyük Britaniyanın Avropa İttifaqından çıxması üçün cəmi 33 gün qalıb. “Biz 29 mart razılaşmasına uyğun olaraq, hələ də Avropa İttifaqından çıxa bilərik”, - baş nazir Tereza Mey təyyarədə jurnalistlərə açıqlama verərkən deyib.

Bugünlərdə Britaniya parlamentinin dörd üzvü baş naziri Brexit üzrə səsvermənin tarixini təxirə salmağa çağırmışdı. Onlar hesab edir ki, müddət uzadılmalıdır.

Danışıqları uzadan, Nümayəndələr Palatasından və ya Avropa Birliyindən güzəştlər gözləyən Mey bununla həm də ittifaqı razılaşmasız tərk etmək məsələsində riskə gedir. Bu, Birləşmiş Krallığın iqtisadiyyatı üçün ciddi itkilərə gətirib çıxara bilər.

Böyük Britaniyanın Avropa İttifaqından çıxmasıyla bağlı referendum 2016-cı ilin iyununda keçirilib. Brexit bu il martın 29-dan 30-na keçən gecə baş tutmalıdır. Bundan sonra keçid dövrü başlayacaq və həmin dövrdə mübahisəli məsələlər həllini tapacaq.

Bu il yanvarın 5-də Nümayəndələr Palatası Brexit şərtləri ilə bağlı baş nazir Tereza Meyin təkliflərini qəbul etmədilər.  Yanvarın 21-də baş nazir təkliflərini yeni variantda təqdim etdi. Buna cavab olaraq, parlamentarilər də öz düzəlişlərini hazırladılar. Həmin düzəlişlərin bir neçəsi yanvarın 29-da qəbul olundu.

Yanvarın 31-də isə Avropa İttifaqı Şurasının sədri Donald Tusk bildirdi ki, təşkilat Brexit şərtlərilə bağlı “ideal olmayan” razılaşmanı qəbul etmək niyyətində deyil. Ardınca fevralın 3-də isə Mey Brüsselə deyərək, bir sıra dəyişikliklərə nail olmağa çalışdı. Onlardan biri də Şimali İrlandiya ilə İrlandiya Respublikası arasında sərhədlər məsələsidir. Böyük Britaniya ilə Avropa İttifaqı arasındakı danışıqlarda bu məsələ ilə bağlı danışıqlar dalana dirənib.

Böyük Britaniyanın tərkibində olan Şimali İrlandiya ilə Avropa İttifaqının üzvü olan İrlandiya Respublikası arasında hazırda sərhədlər yoxdur. London onların arasında sərhəd olmasında israr edir. Brüssel isə xəbərdarlıq edir ki, bu, regionda iqtisadi və daxili siyasi böhrana gətirib çıxara bilər.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
››› Tarif Şurasının son qərarı əhalinin ödəmə qabiliyyətinə heç bir təsir etməyəcək - Rəsmi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »