Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prostat xərçənginin sürətlə yayılmasının səbəbi məlum olub

Amerikanın Nyu-Cersi ştatında yerləşən və bir sıra əhəmiyyətli araşdırmalarıyla məşhur olan Ratger universitetinin alimləri indi də prostat xərçəngilə bağlı araşdırma aparıb. Amerikalı alimlər prostat xərçəngini inkişaf etdirdiyi ehtimal olunan gen aşkarlayıblar.

Bizimyol.info xəbər verir ki, elm adamları kompüter alqoritminin köməyilə siçanlarda NSD2 genini təyin ediblər. Mütəxəssislər müəyyənləşdirməyə çalışıblar ki, siçanlarda tapılan hansı xərçəng genləri insan orqanizmindəki şişlərin də araşdırılması baxımından əhəmiyyətli ola bilər. Onlar bu geni aşkarlayandan sonra onu “söndürərək”, şişlərin böyümə sürətini əhəmiyyətli dərəcədə aşağı sala biliblər.

“Pasiyentdə prostat xərçəngi aşkarlananda həkimlər onun hansı səviyyədə yayıldığını müəyyənləşdirə bilirlər. Amma sonra onun böyümə dinamikasını proqnozlaşdıra bilmirlər. Siçanlar üzərində həyata keçirilən “geni söndürmə” təcrübəsini insanda da diaqnoz qoyulan məqamda tətbiq etmək mümkün olsa, qısa müddətdə müalicəyə başlayıb, şişin yayılmasının qarşısını almaq ehtimalı yaranar”, - universitetin Tibb elmləri məktəbinin dosenti, araşdırma müəlliflərindən biri Antonina Mitrofanova bildirib.

Həmin alimlər hazırda NSD2 genini bloklaşdıra biləcək dərman yaradılmasının mümkünlüyü məsələsini araşdırırlar.

Son xəbərlər
Bütün xəbərlər »