Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: “Qarabağ” optimal formasından uzaqdır
“Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov Danimarka təmsilçisi “Kopenhagen”lə Çempionlar Liqasının “pley-off” mərhələsinin ilk oyunu barədə fikirlərini bölüşüb.

Oxu.Az-ı məlumatına görə, 45 yaşlı mütəxəssis matçdan əvvəl təşkil edilən mətbuat konfransında bildirib ki, komanda optimal formasından uzaqdır.

“Bəzi futbolçularda kiçik zədələr oldu. İndi elə də bir problem yoxdur. Bu matç Azərbaycan futbolu üçün önəmlidir. Lakin oyunçuların üzərinə getmək, onları təzyiqdə saxlamaq olmaz.

Qurban Qurbanov qeyd edib ki, həm Danimarka futbolu, həm də “Kopenhagen” fərqlidir.

“Rəqib intizamlı komandadır. Elə olmur ki, onların oyun sistemi pozulsun. Daim nəzarəti əllərində saxlayırlar. “Kopenhagen”in çox böyük təcrübəsi var və bu bizə hər an mane ola bilər. Əlimizdən gələni edəcəyik. Matçın gedişində bəzi dəyişikliklərə əl ata bilərik. Sabah futbolçularım düzgün oyun qurmağa çalışacaqlar.

Çempionlar Liqasının matçına çıxacağıq və onun himni səslənəcək. Belə ağır oyunlar çox olub və həmişə çalışmışıq ki, meydanı başıyuxarı tərk edək. Ən azı bu səviyyədə qalmalı və mümkün qədər “artırmalıyıq”.

Xatırladaq ki, Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk oyun saat 20:00-da başlayacaq.

Cavab qarşılaşması isə avqustun 23-də Kopenhagendə “Parken” arenasında baş tutacaq.

Paylaş »
››› Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
Son xəbərlər
Bütün xəbərlər »