Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hadi Rəcəbli "obyektlərinin siyahısı" barədə açıqlama verdi: "O adam öz taleyi ilə oynayır"

Son günlər Milli Məclisin deputatı Hadi Rəcəblinin müsahibəsi ictimaiyyətdə narazılığa səbəb olub və sosial şəbəkələrdə deputatın "Ailədə iki nəfər iki ayrı yerdə işləsə, 180 manatla dolanmaq olar" fikri tənqid olunub. Həmçinin sosial şəbəkələrdə deputata məxsus olduğu iddia edilən obyektlərin siyahısı yayımlanıb.

Qaynarinfo-ya açıqlama verən millət vəkili barəsində yazılanların tamamilə cəfəngiyat olduğunu və heç bir fakta söykənmədiyini bildirib:

"Bunlar tamamilə yalandır. Keyfiyyətsiz bir adamın yazdığı materialdır. Bu haqda mətbuatda daim təkziblər gedib. Həmin siyahını kimin yayımladığını da yaxşı bilirik. O adam öz taleyi ilə oynayır. Hansısa məqamda gərək cavab verə. Mən artıq 50 ildir siyasətdəyəm. Hamı da çox yaxşı tanıyır. Əgər elə bir şey olsaydı, məni məsuliyyətə cəlb edərdilər. İkincisi də "Real TV"yə verdiyim müsahibənin həmin hissəsi tamamilə təhrif olunub. Belə olmamalıdır. Fikirlər təhrif olunmasa, yaxşıdır. Dövr elə dövrdür ki, insanlar qıcıqlanır. Bir az diqqətli, ehtiyatlı olmaq lazımdır. Hadı Rəcəblinin adı ilə ağızlarına gələni yazıblar. Buna Lənkəran camaatı gülür. Mənə deyilən söyüşlərin hamısı geri qayıdır. Mənim tövsiyəm odur ki, mətbuat bir az obyektiv olsun. Xalq kütlə psixologiyasına uymasın".

Paylaş »
››› F-16 pilotumuz: “Hiss edirik ki, indi bizə tamam başqa gözlə baxılır”
››› Məscidlərdə 50 nəfərlik qadağaya görə QMİ və Dövlət Komitəsi də məhkəməyə cəlb olunur
››› “Milyonçu” şousunda savadsız görünən şəxs bir evin pulunu qazandı
››› Dilimizi bilməyən diplomatlarımız və Şeyxin açıqlaması: "Yaşlı adamdır, üstünə getmək doğru deyil"
››› Universitetin şöbə müdiri 100-dən çox tələbənin təhsilhaqqını mənimsəməyə görə məhkəmə qarşısında
››› Qapısı bağlı qalan Olimpiya Mərkəzlərimiz və bizim olmayan bizimkilər
››› Blogger Rusiya pasportu ilə Qarabağa buraxıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »