Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda araqdan yüzlərlə adam zəhərləndi, ölənlərin sayı 140-a çatdı

Hindistanda yüzlərlə adam saxta araqdan zəhərlənib. Ölənlərin sayının 140 nəfərdən çox olduğu bildirilir.

Bizimyol.info xəbər verir ki, hadisə Hindistanın şimal-şərqində yerləşən Assam ştatında baş verib. Hazırda xəstəxanalarda araqdan zəhərlənmiş daha 300 nəfər adam var ki, onların da bir çoxunun vəziyyəti ağırdır. Bu barədə ştatın səhiyyə naziri Ximanta Bisva Şarma danışıb.

“Saxta spirtli içkidən ziyan görənlərin, o cümlədən ölənlərin sayı az qala, hər dəqiqə artır. Təkcə son bir sutkada 50 nəfər ölüb”, - nazir bildirib.

Zəhərlənmə Assam ştatının iki müxtəlif hissəsində olub. Ölənlərin əksəriyyəti bütün dünyada məşhur olan çay növlərinin yetişdirildiyi plantasiyaların işçiləridir. Rəsmilər hesab edir ki, zəhərlənənlər özbaşına hazırlanmış spirtli içkidən istifadə ediblər. İçkinin tərkibində metanol və başqa ziyanlı kimyəvi maddələr aşkarlanıb.

Bu cür spirtli işkilərdən zəhərlənmə halları Hindistanda tez-tez baş verir. Əhalinin yoxsul təbəqəsi mağazalarda satılan spirtli içkiləri ala bilmir. Ölkədə evlərdə kustar üsullarla hazırlanan spirtli içkilərin ucuz qiymətə satıldığı “qara bazarlar” fəaliyyət göstərir. Həmin içkilərə dadı artırmaq məqsədilə müxtəlif kimyəvi maddələr qatılır.

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
Son xəbərlər
Bütün xəbərlər »