Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mançester Siti”nin 14 yaşlı futbolçu ilə bağlı maxinasiyası üzə çıxdı

İngiltərənin “Mançester Siti” klubu futbolçu Ceydon Sançonun agentinə qanunsuz ödəmələrdə ittiham olunur. BBC-nin yaydığı məlumata görə, transfer vaxtı futbolçunun cəmi 14 yaşı olub.

Bizimyol.info xəbər verir ki, klub Sançonun maraqlarını təmsil edən Emeke Obasinin hesabına 200 min funt-sterlinq pul köçürüb. Halbuki, İngiltərə Futbol Assosiasiyasının qaydalarına görə, agentlər ancaq 16 yaşdan yuxarı idmançılarla işləyə bilərlər.

“Mançester Siti” klubu

Bu məsələni Almaniyanın “Der Spiegel” jurnalı üzə çıxarıb. “Mançester Yunayted”in təmsilçiləri isə bu haqda materialı “klubun nüfuzuna zərbə vurmaq üçün növbəti cəhd” adlandırıb. Sanço bu komandaya 2015-ci ildə qoşulub. “Mançester Siti” onun keçidi üçün keçmiş klubu “Uotford”a 66 min funt-sterlinq ödəyib. Bundan iki il sonra isə o, Dortmund “Borussiya”sına transfer olunub.

Bu mövsümdə Sanço Almaniya çempionatında “Borussiya”nın heyətində 22 oyunda meydana çıxıb. Bu oyunlarda 7 dəfə rəqib qapılarından top keçirən Sanço daha 9 qolun ötürməsini verib.

Paylaş »
››› Hikmət Hacıyev: "Növbəti dəfə humanitar atəşkəsin pozulmasına görə məsuliyyət Ermənistanın üzərinə düşür"
››› Paşinyan bədbin danışdı: “Atəşkəsi təmin edə bilmirlərsə...”
››› Fransadan müsəlman ölkələrinə çağırış
››› Putindən NATO-ya təklif
››› Tramp: Mən Azərbaycan və Ermənistan arasında sülhə nail olacam
Son xəbərlər
Bütün xəbərlər »