Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğandan Səudiyyə şahzadəsinə: Nədən qorxursan?

Qaşıqçı cinayətini vəliəhd bilməyəcəksə, kim biləcək?

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.

Məhəmməd bin Salman

O, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın təhdidləri üzündən Qaşıqçı cinayətinin ört-basdır edildiyini bildirib:

"Tapşırığı verən ad bəllidir. ABŞ-dan gələn heyət belə, demək olar ki, öz aralarında qərar veriblər, amma danışa bilmirlər. BMT-dən, Mərkəzi Kəşfiyyat İdarəsindən gələnlərə kasetləri dinlətdik. Biz ortadayıq, hər formada bunu deyirik. Sənin özündən şübhən yoxdursa, nədən qorxursan? Sağa-sola dollar, neft paylamaqla bu problem həll olmaz".

Camal Qaşıqçı

Qeyd edək ki, C.Qaşıqçı oktyabr ayında Səudiyyənin İstanbul Baş konsulluğunda vəhşicəsinə öldürülüb. Qaşıqçının ölümündə Səudiyyə vəliəhdinin əli olduğu bildirilir.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »