Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sosial şəbəkədə inanılmaz fırıldaq: 12 min manata yaxın pulunu aldılar - Video

Sosial şəbəkədə tanış olduğu insan onu aldadaraq 12 min manata yaxın pulunu alıb.

Qusar sakini Rahib Babayev 2015-ci ildə 30 minə yaxın izləyicisi olan "Facebook" səhifəsini 2200 manata satıb. Pulu almaq üçün də plastik bank kartına ehtiyac olub. Rahib bunun üçün sosial şəbəkədə elan paylaşıb və dostlarından kömək istəyib. Dostluğunda olan şəxslərdən biri, Naxçıvanda qeydiyyatda olan Rövşən Kazımov da ona kömək edəcəyini bildirib. Pul karta köçsə də, həmin şəxs onu verməyib.

Bir müddət sonra isə Rövşən rahibə zəng edərək deyib ki, balansında 14 min manatdan artıq pul var. Bunu almaq üçünsə, 1500 manat ödəniş etməlisən. Rahib deyilən məbləği ödəyib. Bu proses bir neçə dəfə davam edib.

Daha sonra isə bir nəfər Rahibə zəng edərək özünü bankın rəhbəri kimi təqdim edib və hesabında 92 min manat pulunun olduğunu bildirib. Bunun üçün də yenə ödəniş tələb edilib.

Rahib Babayev 45 dəfəyə ümumilikdə 12 min manata yaxın pul ödəyib. Son vaxtlar isə həmin şəxs "WhatsApp" vasitəsilə müxtəlif ölkələrə məxsus nömrələrdən zəng etməyə başlayıb. Məsələ ilə bağlı polisə də müraciət edilib, araşdırma aparılır.

Paylaş »
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...
››› ARB-nin canlı efirində gərgin anlar yaşanıb
››› Bill Qeytsin qızının toyu İslam adətləri ilə keçirilib
››› Evi yanan şəhid anası çöllərdə qalıb: “İcra başçısı başından edir”
››› İcra Hakimiyyətindən şəhid anasına hədə-qorxu: “Bir də şikayət etsə...”
››› Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə
Son xəbərlər
Bütün xəbərlər »