Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentə “ən pis aktyor” mükafatı verildi

ABŞ prezidenti Donald Tramp aktyorluğuna görə “Qızıl moruq” mükafatına layiq görülüb. Laureatların adlarının açıqlandığı mərasim mükafatın “Youtube” kanalı vasitəsilə birbaşa yayımlanıb.

Bizimyol.info xəbər verir ki, Ağ evin rəhbəri zarafatyana “ən pis aktyor” nominasiyası üzrə mükafatlandırılıb. O, “Millətin ölümü” və “Farengeyt 11/9” sənədli filmlərində özü öz rolunu oynayıb. “Ən pis aktyor dueti” kateqoriyasında birinci yerin sahibi də elə həmin filmlərə görə Tramp olub.

"Millətin ölümü" filminin posteri

“Ən pis rejissor” Etan Koen olub. Onun çəkdiyi “Holms və Eatson” filmi isə “ən pis film” nominasiyasının qalibi seçilib.

“Qızıl moruq” mükafatı 1980-ci ildə amerikalı publisist Con Uilson tərəfindən təsis olunub. Bu mükafat “Oskar”a parodiya kimi düşünülüb. Ona görə də bu mükafatın laureatlarının adları hər il “Oskar”ın təqdimatından bir gün əvvəl açıqlanır.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
››› Cadu tapmağı bacaran "falçı" onu gözləyən polisi "görə" bilməyib
Son xəbərlər
Bütün xəbərlər »