Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Venesuelaya gələn yardım maşınları yandırıldı: İnsanlar ərzaqları daşıyır...

Kolumbiya ilə sərhəddə humanitar yardım gözləyən fəallarla Venesuela Milli Qvardiyasının hərbçiləri arasında toqquşma baş verib.

Bizimyol.info Qafqazinfo.az-a istinadən xəbər verir ki, toqquşma nəticəsində azı 20 venesuelalı yaralanıb.

İnsanlar polisin tətbiq etdiyi gözyaşardıcı qaz və boş patronlarla açılan atəşdən xəsarət alıblar. Bununla yanaşı, müxalifət tərəfdarları sərhəd körpüsündə polis kordonunu yara biliblər. Bu zaman Venesuela polisinin bir neçə əməkdaşının Kolumbiya tərəfinə qaçdığı iddia edilir.

Maduroya bağlı əsgərlərin yaratdığı maneəyə baxmayaraq, ölkəyə Kolumbiyadan bir neçə humanitar yardım maşını daxil ola bilsə də, həmin yük maşınları Santandera adına körpünün Venesuelaya aid hissəsində yandırılıb.

Ölkəyə humanitar yardımın daxil olacağı Braziliya sərhədində də vəziyyət kritikdir. Venesuela-Braziliya sərhədində baş verən toqquşmada isə 14 nəfər yaralanıb.

Venesuela Assambleyasının deputatı Qabi Arelyano bildirib ki, artıq üç yük maşını yandırılıb. Hazırda insanlar özləri yanan maşınlardan yemək yeşikləri və dərmanları qurtarmağa çalışırlar.

Qeyd edək ki, fevralın 23-də Velesuela müxalifəti ölkəyə humanitar yardım çatdırılmasına çalışsa da, Maduro hökuməti qəti şəkildə bunu qəbul etmək niyyətində deyil.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Bakıda güclü yanğın başladı - Video
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »