Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Fazil Mustafa: "23 fevralı məktəblərdə hansısa qüvvə yenidən canlandırıb"

Məktəb uşaqlarına necə təbliğat aparıblarsa, neçə uşaqdan soruşuram, deyir ki, bu gün, yəni 23 fevral oğlanların bayramıdır.

Bu uşaqların heç Sovetlər barədə, onun ordu və donanması barədə təsəvvürləri yoxdur. Sadəcə bu tarixi 8 Martdan öncə gələn oğlanlar bayramı kimi anladıblar.

Bizimyol.info Oxu.Az-a istinadən  xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa 23 fevralla bağlı tənqidi fikirlərini səsləndirərkən deyib.

“Yaşadığımız xeyli axmaq adətlərə İslam dini deyib illərlə, hətta indiyədək toplumu qandırdılar, millətimizə qan uddurmuş, cəhaləti qanımıza yeritmiş şəxsləri qəhrəman adı ilə yüzillərdir yaddaş menyumuza saldılar, biz isə mahiyyəti barədə düşünmədən razılaşdıq.

Doğrudanmı, məktəblərdə “oğlanların bayramı” deyəndə, heç olmasa, uşaqlara başa salan yoxdur ki, Sovet ordusunun yaranma günü əvəzinə 26 iyun Milli Ordumuzun yaranma gününü qeyd etsinlər? Mən uzun illər öncə qeyd olunan 23 fevral tarixini unutmuşam, bunu uşaqlarımız üçün, görəsən, hansı qüvvə yenidən canlandırıb?”, - deyə millət vəkili qeyd edib.

Məlumat üçün bildirək ki, 23 fevral Qızıl Ordunun və ya Sovet Hərbi Dəniz Donanmasının yaranması günü kimi qeyd olunurdu. Sovet dönəmində bu tarix “kişilər günü” kimi də qeyd edilib."

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Ermənistanın Qarabağdan çıxması an məsələsidir - Rusiya KİV
››› Ukrayna İrana təzminat ödətdirir
››› Koronavirusla adi qripin fərqi
››› “Əgər orduya kömək etmək istəyirsinizsə,..” - Hərbi ekspertdən çağırış
Son xəbərlər
Bütün xəbərlər »