Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evlərə "kupça" almağın qaydası - Video

Dövlət başçısının çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərmanından sonra 10 minlərlə insan öz mənzilinə çıxarış ala biləcəklər.

Bu isə çıxarış alma presedurları vərüsum məsələsini aktuallaşdırır. Növbəti süjetdə əməkdaşlarımız bu məsələni araşdırıb.

Çoxmərtəbəli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi daşınmaz əmlaka dair çıxarışların rüsumunu və prosedurları aktuallaşdırıb. Əmlak məsələləri üzrə üzrə ekspert Nüsrət İbrahimov deyir ki, çıxarışın alınması bir neçə mərhələdən keçir.

İlk olaraq fövqəladə hallar nazirliyi binanın müxtəlif parametrlər üzrə təhlükəsizliyini yoxlayır.Hər şey qaydasında olduğu təqdirdə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura komitəsinə məlumat verilir. Daha sonra isə bina əmlak məsələləri dövlət komitəsinin reyestrində qeydiyyata alınır.

Bu prosedurlar bitdikdən sonra vətəndaş çıxarışın alınması üçün müraciət etmək hüququnu qazanmış olur.

Nüsrət İbrahimov bildirib ki, vətəndaşlar çıxarışı almaq üçün müəyyən miqdarda xidmət haqqı və dövlət rüsumun ödəməlidirlər. Ən yüksək məbləğ Paytaxt Bakı üçün nəzərdə tutulub.

Çıxarış almaq üçün nəzərdə tutulan xərclər digər bölgələrdə fərqlidir. Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyir ki, digər regionlarda yaşayan sakinlər çıxarış almaq üçün nə qədər vəsaitin lazım olduğunu öyrənmək üçün qurumun saytında yerləşdirilən əmlakın qeydiyyat kalkulyatorundan istifadə edə bilər. (Xezerxeber.az)

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
››› Tarif Şurasının son qərarı əhalinin ödəmə qabiliyyətinə heç bir təsir etməyəcək - Rəsmi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »