Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kilsələrdə cinsi təcavüzə məruz qalanlar etiraz aksiyası keçirdilər

Katolik kilsələrindəki kahinlər tərəfindən cinsi təcavüzə məruz qalan qurbanların səsləri uzun müddət eşidilmirdi. İndi onlar daha möhkəm qışqırırlar ki, onları eşitsinlər.

Bizimyol.info xəbər verir ki, Vatikanda etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları ümid edir ki, nəhayət, onları dinləyib, problemin həlli üçün hansısa addım atılacaq. “ECA global” beynəlxalq hüquq-müdafiə təşkilatının fəalları da etirazçılar arasında olub. Bildiriblər ki, onların özləri də şəxsi həyatlarında bənzər hadisələrlə qarşılaşıblar.

“Bu sammitə diqqət yetirilməsi çox vacibdir. Mən də ona görə buradayam. Amma bizi müzakirələrdə iştiraka dəvət etməyiblər”, - Jan Mari bildirib.

Başqa bir etirazçı Ceyms deyir ki, bu aksiyada iştirak etmək onun borcudur: “Söhbət ondan getmir ki, mən bunu istəyirəm, yoxsa yox. Mən burada olmalıyam, vəssalam. Amma burada olmaq da, yeniyetmə olanda başıma gələnləri danışmaq da mənim üçün çox ağırdır”.

Susana Filovska hesab edir ki, kimliyindən asılı olmayaraq, bütün insanlar bu məsələyə münasibət bildirməlidir. Hətta insanların susqunluğu da tənqid olunmalıdır: “Təkcə sammitdə iştirak üçün seçilənlər yox, hər kəs bu haqda danışıb, etirazını bildirməlidir”.

İlk dəfə olaraq, bu miqyasda toplantıda çoxsaylı dünyəvi təşkilatlar da iştirak edirlər. Həmin təşkilatların nümayəndələri kilsəyə yetkinlik yaşına çatmayanların müdafiəsi, qadınlara qarşı zorakılıq və s. mövzularda çoxsaylı suallar ünvanlayıblar.

Paylaş »
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Gəncənin keçmiş icra başçısının nümayəndəsi: “Elmar Vəliyev heç nə bilmir, heç özünü tanımır...”
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› Rusiyanın Yaponiyadakı Olimpiadaya hücum planının üstü açıldı
››› Ermənistan Müdafiə Nazirliyi: Azərbaycan qüvvələri erməni qüvvələrini 12 dəfə üstələyib
Son xəbərlər
Bütün xəbərlər »