Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Horadizdə 100 yaşı olan çinar ağaclarını kəsiblər - FOTO - VIDEO

Bir neçə gün öncə Horadiz şəhərinin mərkəzi küçəsində yaşı yüzə yaxın olan çinar ağacları kəsilib.

Bu barədə redaksiyamıza məlumatı Horadiz şəhər sakinləri veriblər.

Onlar qeyd ediblər ki, Horadiz şəhərinin mərkəzi küçəsi olan "20 yanvar" küçəsində yaşı yüzə yaxın olan 15 ədəd çinar ağacı kəsilib.

Vətəndaşlar əlavə ediblər ki, bununla bağlı aidiyyatı qurumlara, şəhər ziyalılarına müraciət edib və yaxın günlərdə də məhkəməyə müraciət ediləcək.

Redaksiyamıza daxil olan görüntüləri oxucularımıza təqdim edirik.

Qeyd edək ki, faktla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə informasiya sorğusu göndərilib.

Paylaş »
››› Türkiyəyə kimlər od vurdu: Hədəf Ərdoğandır, yoxsa dövlətin özü...
››› Avqust ayı üçün maliyyə qoroskopu
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› Türkiyə Yunanıstana nota verdi
››› Azərbaycan Rusiyaya nota verib
››› Deputat Eldəniz Səlimov: "Səhv etmişəm, üzr istəyirəm"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »