Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Borc-xərclərinə “çarə” tapan oğrular: “Qərara gəldik ki, marketə girək” – Video

Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə oğurluq hadisəsi baş verib.

ARB TV xəbər verir ki, Cəbrayılın Böyük Mərcanlı kənd sakini Qüdrət Qurbanov polis şöbəsinə müraicət edərək ona aid mağazanın kassasından 347 manat, içərisində 6875 manat olan seyf və müxtəlif adda siqarətlərin oğurlandığını bildirib.

Əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Böyük Mərcanlı kənd sakinləri - Yalçın Abbasov və Rahib Həşimov saxlanılıb. Onlar əməllərini etiraf edərək bildiriblər ki, əvvəlcədən plan qurub mağazanın dam hissəsindən içəri daxil olublar. Oğurladıqları seyfi gizlədib bir neçə gün sonra kəsərək içərisindəki pulu götürüblər.

Yalçın Abbasov – Saxlanılan şəxs: “Dostum Rahiblə çayxanada oturmuşduq. Borcdan-xərcdən söz düşdü. Dedik, nə edək, qərara gəldik, marketə girək. Damdan girdik seyfi və 54 blok siqateri götürdük”.

Rahib Həşimov – Saxlanılan şəxs: “Mağazaya girdik, siqaret və seyf götürdük. Seyfi gizlətmişdik, 10 gündən sonra açıb içərisindəki pulu götürdük”.

Faktla bağlı istintaq davam etdirilir.

Paylaş »
››› Aclıqdan qız övladlarını satırlar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Oğluma polis bölməsində ağır işgəncələr verilir” - DİN-dən ittihama cavab
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
››› Ailələrdə ər və arvad bir-birindən daha çox nəyi gizlədir...
››› “NATO ölkəsinin Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirməsi ciddi məsələdir”
››› Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir
Son xəbərlər
Bütün xəbərlər »