Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinlə zarafatlaşan milyarder insan alverində ittiham edilir

ABŞ-ın “New England Patriots” futbol klubunun sahibi Robert Kraft insan alverində ittiham olunur.

Bizimyol.info Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Business İnsider” nəşri yazıb. Məlumata görə, digər onlarla şübhəli ilə birgə adı hallanan 77 yaşlı milyarder ittihamı qəbul etmir.

İstintaqa görə, Kraft Florida ştatında spa-salonlardan birində seks-xidmətə görə iki dəfə pul ödəyib. Bununla bağlı hüquq-mühafizə orqanlarında videogörüntülər var.

Qeyd olunur ki, istintaq bir neçə ay aparılıb və Floridada masaj salonlarında insan alverinin aparıldığı ortaya çıxıb. Bundan sonra on ədəd spa-mərkəz bağlanıb.

Nəşr bildirir ki, Kraft ABŞ prezidenti Donald Trampla dostluq edir.

Xatırladaq ki, R. Kraft 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinin ona məxsus 25 min dollar dəyərində brilliant qaşlı üzüyünü oğurladığını iddia edib. İş adamınını sözlərinə görə, o dövlət başçısına üzüyü barmağında yoxlamağa verib, Putin isə üzüyü geri qaytarmayıb. Rusiya prezidenti isə nə üzüyü, nə də Kraftı xatırlamadığını bildirərək onun üçün başqa bir üzük sifariş edə biləcəyini söyləyib. Milyarder daha sonra Putinlə əhvalatın zarafat olduğunu deyib.

Paylaş »
››› Ukrayna təsdiqlədi: “Bayraktar”la hücuma keçib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Oğluma polis bölməsində ağır işgəncələr verilir” - DİN-dən ittihama cavab
››› Prezident şəhid ailələri və müharibə əlilləri ilə bağlı fərman imzalayıb
››› 11 Konqres üzvünün Baydenə məktubu: Təhlükəsizliyimizi riskə ata bilmərik
››› “NATO ölkəsinin Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirməsi ciddi məsələdir”
››› Paşinyan Putinin xəritələrlə bağlı təklifini qəbul edir
Son xəbərlər
Bütün xəbərlər »