Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təyyarə pulun ağırlığından havaya qalxa bilmədi - Video

Hadisə Nigeriyada baş verib. Təyyarəyə o qədər pul yükləyiblər ki, havaya qalxa bilməyib.

Bizimyol.info xəbər verir ki, hadisəni Nigeriyanın məşhur jurnalisti Dele Momodu videoya çəkib. Sonra bunu “İnstagram” hesabında paylaşıb. Videoda açıq-aşkar görünür ki, təyyarə havaya qalxa bilmir. İşçilər təyyarəni işə salmağa çalışırlar, amma heç nə alınmır.

Momodu yazır: “Sanki bir Nigeriya kinosudur. Təyyarəyə o qədər nağd pul yükləyiblər ki, işə düşmür. Gözlərimə inana bilmirəm...”

Videodan pulların kimə məxsus olması bilinmir. Momodu da bu haqda heç nə yazmayıb.

Keçən il ABŞ-ın İllinoys ştatında qəzaya uğrayan avtomobildən çoxlu pul ətrafa səpilmişdi. Bütün pulları yoldan yığmağa bir saat vaxt lazım olmuşdu.

Son xəbərlər
Bütün xəbərlər »