Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İşsizlikdən bezdi, varlanmağın yolunu tapdı

Böyük Britaniya vətəndaşı o qədər işsiz qalıb ki, bu müddətdə varlanmağın yolunu tapa bilib. Çester Universitetini bitirən Emma Dryu üç il sonra işsizlik sayəsində uğur qazanıb.

Bizimyol.info xəbər verir ki, Dryu iş tapmaq üçün çox çalışıb. Ayaq döymədiyi yer qalmayıb, amma onu işə götürmək istəməyiblər. Dryunun dediyinə görə, azı 100 yerə müraciət edibmiş. Axırda hər şeydən bezən qız alternativ yollar haqqında düşünməyə başlayır. Əvvəlcə qarşısına gündə ən azı 10 funt sterlinq qazanmağı hədəf qoyur və bunun üçün bloggerliyə başlayır. Emmanın işləri uğurlu alınır. Dryu evdə oturmaqla ildə 25 min funt sterlinq qazanmağa başlayır. Bir kişi ilə tanış olması onun maddi vəziyyətini lap yaxşılaşdırır. Hər ikisi bloggerlik edir və çox qazanırlar.

Cütlük xeyli varlanıb. Dryu deyir ki, uzun müddət işsiz qalmasaydı, belə ideya ağlına gəlməyəcəkdi. Amma işi də asan deyil. Çoxlu pul qazanmasına baxmayaraq, videolarına neqativ rəy az olmur.

Paylaş »
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› “New York Times”: “Erməni əsgərlərin cəsədləri həftələrlə ortada qalır, iy verir”
››› Fransız jurnalist Tərtər sığınacaqlarından yazıb - Foto
››› Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib - Video
››› “WarGonzo” Qarabağdan qaçdı
Son xəbərlər
Bütün xəbərlər »