Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qubada iki dost bir-birini bıçaqladı

Quba rayonunda iki tanış bir-birini bıçaqlayıb.

Hadisə rayonun H.Əliyev prospektində baş verib.

Rayon sakini Məmmədov Zakir Abdulla oğlu rayonun M.Ə.Rəsulzadə küçəsində tanışı, sərxoş vəziyyətdə olan Rafiq Əlməmmədovla rastlaşıb. R.Əlməmmədov Z.Məmmədovu söyüb və tanışlar arasında əlbəyaxa dava başlayıb.

Hadisə zamanı R.Əlməmmədov cibindən bıçağı çıxararaq Z.Məmmədovu qorxutmaq istəyərkən onu əlindən bıçaqlayıb. Z.Məmmədov bıçağı onun əlindən almağa cəhd edib və R.Əlməmmədovu ayaq nahiyəsindən bıçaqlayıb.

Sonra hər iki şəxs bıçağı zibil yeşiyinə ataraq hadisə yerindən qaçıblar.

Quba rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirib və ərazidən hadisədə istifadə olunan bıçağı aşkar ediblər.

Faktla bağlı Quba rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb. (Trend.az)

Paylaş »
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...
››› ARB-nin canlı efirində gərgin anlar yaşanıb
››› Bill Qeytsin qızının toyu İslam adətləri ilə keçirilib
››› Evi yanan şəhid anası çöllərdə qalıb: “İcra başçısı başından edir”
››› İcra Hakimiyyətindən şəhid anasına hədə-qorxu: “Bir də şikayət etsə...”
››› Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə
Son xəbərlər
Bütün xəbərlər »