Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SSRİ pasportuna görə qadını yataqxanadan qovublar

Rusiyada SSRİ pasportu ilə yaşayan adam varmış. Halbuki bu imperiya 27 ildən çoxdur dağılıb. Qalina Abaskalova sovet pasportunu heç vaxt Rusiyada şəxsiyyətini təsdiq edən sənədə dəyişməyib.

Bizimyol.info xəbər verir ki, Omsk şəhərinin sakinini Rusiya pasportu olmadığına görə yaşadığı yataqxanadan qovublar. Əslində, bina yataqxana formatından çıxıb, yaşayış yerləri özəlləşdirilib, mənzilə çevrilib. Yalnız Abaskalova köhnə qaydada yaşayır. Buna yaşamaq demək mümkündürsə...

63 yaşlı qadın təqaüd almır, elementar işıqpulunu ödəyə bilmir. On ildən çoxdur suyunu kəsiblər, istifadə üçün başqa yerdən vedrə ilə gətirir. Binada qaz yoxdur, işıqları kəsildiyindən, Qalina qışda donmaq təhlükəsi ilə üzləşir.

Abaskalova rəsmi iş də tapa bilmir. Bəzi sahibkarların obyektlərinin ərazisini süpürməklə dolanmağa çalışır. Ay ərzində maksimum 1000 rubl (təxminən 15 dollar) qazanır.

Əlbəttə, Qalina özü sənəd məsələlərinə məsuliyyətsiz yanaşıb. İndi yerli icra strukturu onu məhkəməyə verib. Yaşlı qadını yataqxanadan qovurlar.

Ona daha çox yataqxana statusunu itirmiş binanın icraçı nümayəndəsi Yelena Moroz kömək edir. Moroz onun buradan çıxarılmasına qarşı mübarizə aparır.

Son xəbərlər
Bütün xəbərlər »