Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni film Maykl Ceksonun ailəsini qəzəbləndirdi: 100 milyon dollar təzminat tələbi

Maykl Cekson haqda çəkilmiş “Netlandiyanı tərk edərkən” sənədli filmi hələ ekranlara çıxmayıb. Amma məşhur müğənninin ailəsi artıq filmin yaradıcılarına qarşı məhkəmə iddiası irəli sürüb. Onlar HBO telekanalından 100 milyon dollar təzminat tələb edir.

Bizimyol.info xəbər verir ki, filmdə lentə alınan bir çox kadrlar Ceksonun yaxınlarını özündən çıxarıb. Onlar düşünür ki, HBO müğənninin şərəf və ləyaqətini təhqir edib. Filmdə Ceksonun pedofilliyi haqda söz açılıb.

Geniş kütlə hələ filmi görməyib. Sənədli ekran əsərinə yalnız “Sandens” kinofestivalında baxmaq mümkün olub. Dörd saatlıq film Ceksonun qohumlarını çox qəzəbləndirib. Burada Ueyd Robson və Ceyms Seyfçak uşaqlıqda müğənninin seksual təcavüzünə uğramalarından danışıb.

Ailənin vəkili Hovard Veytsman deyir ki, telekanal razılaşmanın şərtlərini pozub. 1992-ci il Buxarest razılaşmasına görə, heç bir halda pedofiliya haqda fikirlər səsləndirilə bilməz. Amma telekanal bilərəkdən bu mövzunun üzərinə gedib.

Paylaş »
››› Avqustda bürcləri nə gözləyir...
››› Eldar Həsənovun vəkilləri Prezidentə müraciət etdi: “170 dəfədən çox yıxılıb”
››› Parlamentdə “şellən, amma ilişmə” prinsipi
››› Baş prokuror deputatın toxunulmazlığının ləğvi üçün Milli Məclisə təqdimat göndərib
››› Bakıda güclü yanğın başladı - Video
››› "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblərinin sayı azalıb
››› Antalyada yanğınlar məhəllələrə də keçib
Son xəbərlər
Bütün xəbərlər »