Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oğruluqda ittiham olunan 5 futbolçu həbs edildi

Türkiyənin kurort şəhəri Belekdə Gürcüstanın “Tsixinvalı” futbol klubunun 5 oyunçusu oğruluqda ittiham olunaraq həbs edilib.

Onlar Antalyada ticarət mərkəzindən idman geyim əşyalarını oğurladıqlarına görə həbs ediliblər.

Mağazadan bildirilib ki, idman geyimləri axşam vaxtı, bağlı olan zaman oğurlanıb. Oğruluq edənlər mağazadan idman ayaqqabıları, şortlar, şalvarlar və daha 9 belə şey götürüblər. Oğruluq edənlərin kimliyi ticarət mərkəzindəki videokamera vasitəsi ilə müəyyən edilib. Videokameraya hətta onların hansı maşınla gəlib getdiyi də düşüb. Polsin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində bu şəxslərin gürcü futbolçu olduqları bəlli olub. Hansı ki, onlar beşulduzlu bir oteldə qalırlarmış.

Gürcü futbol klubu olan “Tsixinvali”-nin oyunçuları Belekə qış məşqinə gəliblərmiş.

Gürcüstanın Futbol Federasiyası klubdan baş verən hadisə ilə bağlı hər hansı açıqlama tələb etsə də, hələlik bir açıqlama yoxdur. Federasiyadan bildirilib ki, bu hal təkcə gürcü futboluna deyil, ümumilikdə ölkənin imicinə pis təsir edir. Federasiyadan bildirilib ki, bu hal təsdiqlənəcəyi təqdirdə futbolçuları cəzalandırmağı tələb edib.

(Olke.az)

Paylaş »
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› ARB-nin canlı efirində gərgin anlar yaşanıb
››› İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...
››› İcra Hakimiyyətindən şəhid anasına hədə-qorxu: “Bir də şikayət etsə...”
››› Evi yanan şəhid anası çöllərdə qalıb: “İcra başçısı başından edir”
››› Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə
››› "Evlərin qiymətində artım daha çox müşahidə ediləcək"
Son xəbərlər
Bütün xəbərlər »