Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tarixdə ilk dəfə kosmosa iki qadın birlikdə gedəcək

Qadın kosmonavtın kosmosa səfəri bizim üçün adiləşib. 1963-cü ildən başlayaraq qadınlar da Yer planetindən kənara çıxır. O vaxt Valentina Tereşkova ilk kosmonavt qadın adını almışdı. 1984-cü ildə isə Svetlana Savitskaya açıq kosmosa çıxmışdı.

Bizimyol.info xəbər verir ki, ilk dəfə iki qadın birlikdə göyə uçacaq. Amerikalılar Enn MakKleyn və Kristina Hammok Kok Savitskayanın yolunu davam etdirəcəklər. “Soyuz MS-12” gəmisində səfər martın 29-na planlaşdırılıb.

Gəmidə daha iki kişi kosmonavt da olacaq. Aleksey Ovçinin və Nik Heyq qadınlara yoldaşlıq edəcək. Uçuş 204 gün sürəcək və ekipajın oktyabrın 4-də Yerə qayıtması nəzərdə tutulub.

Son xəbərlər
Bütün xəbərlər »