Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vəhşi təbiətdə rast gəlinən nadir hadisə

Amerikanın Мinnesot ştatının sakini meşəyə göbələk yığmağa gedərkən orada qəribə hadisə ilə rastlaşıb. Gordüyü tam mayalanmamış iki başlı heyvan cəsədini təbii sərvətlər nazirliyinə gətirib. Nazirlikdən bildiriblər ki, cəsəd dondurularaq gələcək tədqiqatlar aparmaq üçün MRT və kompyuter tomoqrafiyası ediləcək. Americanın "Midland Naturalis" elmi jurnalında bu yaxınlarda dərc olunmuş hadisə barədə "The Daily Mail" yazıb.

Araşdırmalar göstərib ki, heyvanın onurğası haçalanır, ondan üzərində başı olan iki boyn ayrılır. Döl ölü doğulub, çünki o yüngül olub. Alimlər bildirib ki, dölün formalaşması tam olaraq sonuna çatmayıb. Maral dölünün iki həzm sisteminin olub, amma onlardan biri tam inkişaf edib, ikincinin inkişafı isə başa çatmamış vəziyyətdədir. Həmçinin onun cəmi bir ciyəri, iki ürəyi və iki nəfəs borusu olduğu bildirilir.

Marallar üzərində tədqiqatlar aparan zooloq qeyd edib ki, bu cür anomal hadisələrə nadir hallarda rast gəlinir. Araşdırmaçı, əkiz maral-siamını bundan əvvəl yalnız bətnində gördüyünü bildirib.

"Bu cür anomaliyaya zaman-zaman ev heyvanlarında da rast gəlinir: Qoyun, inək və hətta pişiklərdə rast gəlinir. Vəhşi təbiətdə isə belə hallarla daha az qarşılaşırıq. Elmi ədəbiyyatda 1671-ci ildən 2006-ci ilədək cəmi 19 vəhşi heyvanda belə mutasiya halı qeyd edilib. Onlardan beşi maral idi".

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »