Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Oğurluğa görə xadiməyə hökm oxundu: "3 ay idi maaşımı vermirdi"
İş üzrə zərərçəkmiş məşhur şirkət rəhbərinin həyat yoldaşıdır

"Həmin pulu və üzüyü götürməyimə səbəb maaşımı ala bilməməyim olub. Vüsalə Bəşirova üç ay idi ki, maaşımı vermirdi. Pulu və üzüyü evə apardım ki, maaşımı ala bilim. İttihamla razı deyiləm".

Bizimyol.info xəbər verir ki, “Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirovun həyat yoldaşı Vüsalə Bəşirovanının Bakıda yerləşən evindən oğurluq etməkdə təqsirləndirilən qadın məhkəmədə belə deyib. Evdə xadimə işləyən Gülər Piriyeva 56 min manat pul oğurlamaqda təqsirləndirilir.

Gülər Piriyevanın cinayət işinə Bakı Aöır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə baxılır.

Prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub. Dövlət ittihamçısı çıxışında onun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş Vüsalə Bəşirova çıxışında təqsirləndirilən qadın haqqında təhqiramiz ifadələr işlədib. Hakim zərərçəkmişin sözünü kəsərək, ona xəbərdarlıq edib.

G.Piriyeva son sözündə deyib ki, V.Bəşirova günahının olduğunu deyib. Ancaq deyib ki, ittihamda qeyd edildiyi kimi 56 min manat deyil, sadəcə qızıl üzük və 1000 dollar pul götürüb.

Məhkəmənin hökmü ilə G.Piriyeva 6 il müddətinə azadlıqdan məhrum olunub.

V.Bəşirovanın hüquq-mühafizə orqanları əməkdaşlarına şikayəti əsasında saxlanılan G.Piriyeva barəsində Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməsə də, hazırlıq iclasında onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› İlham Əliyev: “Bunların dərdi-azarı Ermənistanı bu vəziyyətdən çıxarmaqdır”
››› MN: Ordumuz düşmənə qarşı yüksək dəqiqlikli silah tətbiq edir - Video
››› Qubadlı rayonunun işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
››› Baş Prokurorluq sosial şəbəkə istifadəçiləri və KİV nümayəndələrinə xəbərdarlıq etdi
››› Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin görüntüsü - Video
Son xəbərlər
Bütün xəbərlər »