Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
""DOST" Agentliyi vakansiyaları və işçi kriteriyalarını açıqlasa gəncləri həvəsləndirə bilərdi"
Ölkə başçısı İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılması istiqamətində yol xəritəsi əsasında işlər davam etdirilir.

Görülən işlər çərçivəsində “DOST” mərkəzlərində çalışacaq əməkdaşların fəaliyyət istiqamətlərini, vəzifə öhdəliklərini, hüquqlarını, məsuliyyətini və s. əhatə edən 25 vəzifə təlimatının hazırlanmasına dair məlumatlar da mətbuatda öz əksini tapdı. Bugünlərdə isə ilk "DOST” (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzinin mart ayının sonu, aprel ayının əvvəllərində Bakı şəhərinin Yasamal rayonunda açılması gözlənildiyi bildirildi.

Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytının vakansiya bölməsində nazirliyin tabeçiliyində fəaliyyətə başlayacaq yeni qurumun vakansiyalarını, eləcə də işə qəbul qaydalarını açıqlamaması birmənalı qarşılanmayıb.

Bu haqda Bizimyol.info-ya danışan Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov bildirib ki, nazirlik həmin quruma işə qəbul qaydalarını, kriteriyalarını cəmiyyətə açıqlamalı idi. Həmçinin o əlavə edib ki, bu haqda məlumatların açıqlanması gəncləri bu sahəyə, burada işləməyə həvəsləndirə bilərdi:

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Mən özüm şəxsən iştirak etmişəm. Hətta şöbə müdiri, xidmət rəisinin müavini səviyyəsində imtahanları özüm aparmışam. Çox şəffafdır. Nazirliklərin bir çoxusunda belədir ki, əvvəlcə işə götürürlər, sonra imtahana göndərirlər. Bu praktika geniş yayılıb. O ki, qaldı yeni yaradılacaq "DOST" mərkəzlərində işə qəbul məsələsi, bildiyimiz kimi "DOST" publik hüquqi şxəs olduğuna görə işə qəbul dövlət qulluğu tərəfindən aparılmır. Ona görə də bunu hansısa qanunvericilik tənzimləmir. Bütün hallarda mən tərəfdarıyam ki, işə qəbul açıq formada olardı, elanlar yerləşdirilərdi nazirliyin saytındakı vakansiya bölmələrinə. Kimlər tələb olunur orada işləmək üçün, hansı kriteriyalar var, hansı dilləri bilmək tələb olunur, hansı kompyuter bilikləri istənilir bu haqda geniş məlumat verilməli idi. Gənclər isə o şərtlərlə tanış olduqdan sonra həvəsə düşərdilər, orada işləmək üçün çoxlu çalışardılar. Mən şəxsən bu kimi elanları, açıqlamaları görməmişəm.

"DOST" sistemi çox mütərəqqi bir sistemdir, etik davranış mədəniyyətindən tutmuş, dil və kompyuter bacarığına qədər hər şey nəzərə alınmalıdır, hesab edirəm ki, orada işləmək üçün şərtlər heç də yüngül deyil amma şərtlər hansılardır heç kim bilmir. Şərtlər açıqlanmalı idi amma açıqlanmayıb".

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin yeni təyin olunan mətbuat xidmətinin rəhbəri Şahin Əliyev açıqlamasında bildirib ki, agentliyə işçilər anzirliyin insan resursları hesabına məhdud sayda həyata keçirilir:

"Vakansiyalarla bağlı əlavə məlumatlar veriləcək. Hələlik isə bizdə kütləvi şəkildə işə qəbul həyata keçirilmir. Biz hələ ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin daxili insan resursları hesabına məhdud sayda işçi qəbul etmişik "DOST" Agentliyinə. Hələ ki, formalaşdırma prosesi gedir, əlavə işçi götürməyə heç bir ehtiyac yoxdur. Ehtiyac olduqca götürüləcək və bu barədə də ictimaiyyətə məlumat veriləcək".

Bizimyol.info

Paylaş »
››› Arutunyanın Şuşa bəyanatı ermənilərin başına soyuq su tökdü
››› Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı - Video
››› Bərdəni atəşə tutan "Smerç" reaktiv sistemi aşkarlandı və məhv edildi - Video
››› Paşinyanın NATO-ya şok məktubu: Qarabağı verək, əvəzində...
››› Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
Son xəbərlər
Bütün xəbərlər »