Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sığorta şirkətləri avtobusları sığortalamaqda maraqlı deyillər”- Ekspertdən ağır ittiham

Xəbər verdiyimiz kimi, dünən Sumqayıt şəhərində 30 nömrəli müntəzəm xətti üzrə işləyən marşrut avtobusu əvvəlcə “Toyota Prado” markalı avtomobilə, daha sonra idarəetməni itirərək binaya çırpılıb. Nəticədə 31 nəfər xəsarət alıb.

Bu hadisə ictimai nəqliyyatda sığorta məsələsini gündəmə gətirib.

Sığorta eksperti İlkin İbrahimov bizimyol.info-ya bildirib ki, “İcbari sığortalar haqqında” qanunda şəhərdaxili ictimai nəqliyyat vasitələrinin sərnişinlərə dəyən zərərə görə kompensasiyanın ödənilməsi nəzərdə tutulmayıb: “Belə məqamlarda həm də sərnişinlərin fərdi qəza sığortası məsələsi gündəmə gətirilməlidir. Təəssüf olsun ki, şəhərdaxili ictimai nəqliyyat vasitələrinin sərnişinləri sığortanın ödəniş dairəsinə düşmür. Eləcə də, qanunda metro sərnişinlərinə dəyən zərər görə zərnişinlərə kompensasiyanın ödəninilməsi nəzərdə tutulmayıb. Sərnişinlərin icbari fərdi qəza sığortasının tətbiq dairəsinə şəhərdaxili nəqliyyat vasitələrinin də əlavə edilməsi lazımdır”.

Ekspert vurğulayıb ki, Azərbaycanda sığorta şirkətləri də avtobusları sığortalamaqda maraqlı deyillər: “Bunun səbəbi qəzaların çox olmasıdır. Lakin bu o demək deyil ki, sığorta şirkətləri həmin avtomobilləri sığortalamayacaq. Qanunla məsələlər tənzimlənir”.

Ekspert onu da deyib ki, “İcbari sığortalar haqqında” qanuna əsasən ölkə ərazisindəki bütün nəqliyyat vasitələri icbari sığorta müqaviləsini məcburi şəkildə bağlamalıdır: “Əgər bağlamırlarsa həmin nəqliyyat vasitələrini Dövlət Yol Polisinin (DYP) yollardakı radarları müəyyən edir. Sığorta müqaviləsi bağlanmayana kimi hər 20 gündən bir bu qərar tətbiq edilir. Sığorta müqaviləsinin bağlanmaması avtomobil sahibinə də çox böyük ziyan vura bilər. Avtomobilin içərisindəki vətəndaşların sağlamlığına dəymiş ziyanı və ya qarşı tərəfə vurulan ziyanı icbari sığorta 55000 manat dəyərində sığortalayaır. Əmlaka dəyən ziyan üzrə 5000, sağlamlığa dəyən ziyan üzrə isə 50 min manat sığorta təminatı verilir. Əgər bu növ sığorta olunmamışsa avtomobil sahibi məsuliyyət daşıyır”.

Ramid İbrahimov

Paylaş »
››› ABŞ prezidentliyinə namizəd Baydendən Azərbaycana qarşı davakar açıqlama
››› Ermənilər indi də Krasnodar Erməni Respublikası qurmağa başlayıblar
››› Ter-Nakalyan: Ordumuz taqətdən düşüb, Azərbaycana gücümüz çatmayacaq
››› Ermənilər Qarabağa görə ABŞ-da yolu bağladı, sürücü düşüb 3 nəfəri bıçaqladı
››› Bayraktar yeni dronları sınaqdan keçirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »