Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Dustaqlar idman tərbirləri və kütləvi tədbirlərdə necə iştirak edir?
Şahmat üzrə dünya çempionu Anatoli Karpov 20 ildir Rusiya Penitensiar Xidmətinin müəssisələrində cəza çəkən dustaqlarla şahmat oynadığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, o, bu barədə “Аргументы и Факты” media orqanına müsahibə verib. O qeyd edib ki, bu, dustaqların psixoloji durumuna və sosial adaptasiyasına müsbət təsir göstərir.

Bəs Azərbaycanda bu sahədə vəziyyət nə yerdədir? Bizimyol.info Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə sorğu ilə müraciət edib. Penitensiar xidmətin Tərbiyə işinin təşkili idarəsindən bildirilib ki, cəzaçəkmə müəssisələrində məhkumların asudə vaxtının səmərəli keçirilməsi, fiziki-mənəvi sağlamlıqlarının möhkəmləndirilməsi, vətənpərvərlik ruhunda tərbiyəsi, təkrar cinayət törətmələrinin qarşısının alınması məqsədlə 2008-2019-cu illər ərzində Penitensiar xidmətlə Gənclər və İdman Nazirliyin arasında birgə imzalanmış tədbirlər planına əsasən müxtəlif idman növləri üzrə keçirilmiş yarışlar əhəmiyyətli rol oynayıb.

Bu tədbirlər Cəzaların İcrası Məcəlləsinin 10.2.2-1-ci maddəsində nəzərdə tutulmuş bədən tərbiyəsi və idmanla məşğul olmaq hüquqlarının həyata keçirilməsinə, eləcə də «Bədən tərbiyəsi və idman haqqında» 30 iyun 2009-cu il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə uyğun olaraq kreçirilib.

Həmçinin bildirilir ki, cəzaçəkmə müəssisələrində lazımi avadanlıqlarla təmin olunmuş idman zalları istifadəyə verilib. Məhkumlara müxtəlif idman növləri üzrə dərslər keçirilib. Onlar arasında şahmat, voleybol, futbol, mini futbol, nərd yarışları, “breyn-rinq” intellektual oyunları keçirilib, yarışların qaliblərinə hədiyyələr təqdim olunub:

“Məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, milli və ümumbəşəri dəyərlərə yiyələnməsi məqsədilə “şahmat”, “dama”, “voleybol”, “tennis”, “nərd”, “breyn-rinq” intellektual yarışları keçirilmiş, məhkumlarla “İnter” idman klubunun yeniyetmələrdən ibarət futbol komandası, “Təhsil” Respublika İdman Mərkəzi arasında futbol, məşhur futbolçularla mini-futbol yarışı, Şağan İdman Olimpiya Kompleksində turnirlər, məhkumlarla Azərbaycanın sərbəst və Yunan-Roma güləşi üzrə yeniyetmələr arasında Olimpiya, Avropa və Dünya çempionları, məşhur idman veteranları, şahmatçıları arasında yarışlar təşkil edilmişdir.

Yarışlarda Gənclər və İdman Nazirliyinin, Azərbaycan Futbol və Voleybol Federasiyalarının, Xətai, Salyan, Qaradağ, Xəzər, Şəki rayon Gənclər və İdman İdarələrinin məsul nümayəndələri iştirak etmişlər. Yarışların sonunda komandalara təşkilatçılar tərəfindən hazırlanmış diplomlar və mükafatlar təqdim olunmuşdur”

4 saylı cəzaçəkmə müəssisəsində də qadın idmançılarla görüşlər və məhkum qadınlar arasında voleybol, şahmat, “Breyn-rinq” intellektual oyunları keçirilmişdir.

Eyni zamanda, Konvoy taborunun və Mühafizə alayının İntendant, Xüsusi təyinatlı, hərbi təlim bölüklərində hərbi xidmət keçən əsgərlər və hərbi qulluqçular arasında qol gücü, “breyn-rinq”, “futbol”, “voleybol”, “şahmat” və “dama” yarışları keçirilmiş, Azərbaycanın olimpiya və dünya çempionları, məşhur şahmatçılarla görüşlər təşkil edilərək, yarışda qüvvəsini sınayan əsgər və zabitlər diplom, kubok və xatirə hədiyyələri ilə mükafatlandırılaraq, keçirilən tədbirlər əsgər və zabitlərin asudə vaxtlarının səmərəli təşkili, idmana maraqlarının artırılması sahəsində böyük rol oynamışdır.

Cəzaların İcrası Məcəlləsinin 124-1.1-ci maddəsinə uyğun olaraq, məhkumların islahı işində onların müəssisədən kənarda idman və digər kütləvi-mədəni tədbirlərə tamaşa etmək təcrübəsinin tətbiqinə başlanılıb:

“Tərbiyə müəssisəsində təhsildə və idman yarışlarında fərqlənən, nümunəvi davranışı ilə seçilən yeniyetmə məhkumlar əməkdaşların müşayiətilə stadionda futbol üzrə yığma komandamızın dünya çempionatının seçmə oyunlarını, Bakıda keçirilən Birinci Avropa Oyunlarını, 2015-ci ilin aprel ayında çoxmillətli IV İslam Həmrəyliyi Oyunlarını, o cümlədən Formula 1 Avropa Qran-Pri yarışınlarını izləmişlər.

Yeniyetmələr dəfələrlə şəhər gəzintisində olmuş, Fəxri Xiyabanı, Şəhidlər Xiyabanını ziyarət etmiş, Milli Azərbaycan Tarixi muzeyində olmuş, burada nümayiş etdirilən müxtəlif eksponatlarla tanış olmuşlar. Yeniyetmələrə Dənizkənarı Milli Parkda, ticarət və əyləncə mərkəzində gəzintiyə və nahara, əyləncə attraksionlarında dincəlməyə, Park Sinema kino zalında bədii filmə tamaşa etməyə şərait yaradılmışdır.

Gələcəkdə də məhkumların asudə vaxtlarının səmərəli təşkilinə, onlarla sosial yönümlü işə aidiyyəti dövlət qurumlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının cəlb olunmasına xüsusi diqqət yetirilməsi, məhkumlarda qanuna itaətin həvəsləndirilməsi, tolerantlıq prinsipləri, birgəyaşayış ənənələrinə hörmət və ehtiramın formalaşdırılması, cəmiyyətlə sosial əlaqələrinin möhkəmləndirilməsi, cəzadan azad olunduqdan sonra onların sosial adaptasiyasına zəmin yaradılması məqsədi ilə müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur”.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› “Son anda Kəlbəcər və Laçının qaytarılmasından imtina etdilər” - İlham Əliyev
››› Paşinyan bir cümlə ilə Türkiyəyə qarşı bütün gizli planların üstünü açdı
››› Cəbhədə son vəziyyət: Ermənilərin itkilər verən “Legion” dəstəsi döyüşməkdən imtina edib
››› Düşməndən əldə olunan hərbi qənimətlərin növbəti görüntüsü - Video
››› Ukrayna İrana təzminat ödətdirir
Son xəbərlər
Bütün xəbərlər »