Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya gələn il Krımı qaytarmağa məcbur olacaq

Ukrayna daxili işlər nazirinin müşaviri İlya Kiva: "Əminəm ki, gələn il Rusiya danışıqlar masası arxasında oturmağa məcbur olacaq, Krım və Donbassı Ukraynaya qaytaracaq", -deyə mətbuatda açıqlama verərkən bildirib.

Kiyevdən daxil olan məlumatda bildirilir ki, "cinayətkar hakimiyyəti"n sonu - Ukrayna prezidenti Pyotr Poroşenkonun dövrü başa çatacaq. Ukrayna daxili işlər nazirinin müşaviri İlya Kivının sözlərinə görə, bu, gələn il baş verəcək, bundan sonra Moskva danışıqlar masası arxasında oturmağa məcbur olacaq.

"Rossiya 1" telekanalının efirində ukraynalı siyasətçi qeyd edib ki, artıq Rusiya tərəfi kompromislər və güzəştlər paketi hazırlamağa başlaya bilər. İ.Kiva Rusiya prezidenti Vladimir Putinlə iki dövlət arasında müharibənin dayandırılmasını müzakirə edəcəyini bildirib. Bundan başqa, müşavir Donbas və Krımı Ukraynanın tərkibinə "qaytarmaq" üçün Rusiya liderini inandıracağından əmin olduğunu söyləyib.

Kiva həmçinin əlavə edib ki, Kiyev və Moskvada münasibətlərini bərpa etməyə başlamaq lazımdır, buna isə yalnız konstruktiv danışıqlar və kompromis həll yolları tapmaqla nail olmaq mümkündür.

Ukrayna xarici kəşfiyyat xidmətinin sabiq başçısı Nikolay Malomuj bildirib ki, Rusiya ilə dostluq və əməkdaşlıq haqqında müqavilənin pozulmasından sonra Kiyevdə heç bir sənəd qalmayıb ki, onun köməyi ilə Ukraynanın Krıma iddia etmək hüququ olsun.

Rəsmi Kiyevə bu sənəd barədə dəfələrlə xəbərdarlıq elməsinə baxmayaraq, ölkə rəhbərliyi politoloqların və ekspertlərin fikirlərini eşitmək istəməyib.

Onu da əlavə etmək lazımdır ki, az əvvəl mətbuat yazırdı ki, Ali Rada Ukrayna prezidenti Pyotr Poroşenkodan Rusiyaya qarşı rəsmi müharibə elan etmək xahişi ilə müraciət edib.

Paylaş »
››› "2 milyona yaxın insan üçün kommunal qiymətlərin artması kompensasiya ediləcək"
››› İnsanlar həyatlarının son saniyələrində nə arzulayır...
››› ARB-nin canlı efirində gərgin anlar yaşanıb
››› Bill Qeytsin qızının toyu İslam adətləri ilə keçirilib
››› Evi yanan şəhid anası çöllərdə qalıb: “İcra başçısı başından edir”
››› İcra Hakimiyyətindən şəhid anasına hədə-qorxu: “Bir də şikayət etsə...”
››› Azərbaycan elminin yüksək nüfuzunu nümayiş etdirən hadisə
Son xəbərlər
Bütün xəbərlər »