Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hacı Şahin televiziyada aparıcılığa başlayır

Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin ərəb filologiyası kafedrasının müdiri, akademik Vasim Məmmədəliyev Mədəniyyət TV-də yayımlanan “Haqqın dərgahı” verilişinin aparıcısı vəzifəsindən gedib.

Oxu.Az-a AZTV-nin Mətbuat xidmətinin rəisi Xatirə Qasım məlumatı təsdiqləyib. Onun sözlərinə görə, verilişi bundan sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli aparacaq. “Bu Vasim Məmmədəliyevin şəxsi qərarıdır. O, bu verilişin gənc tərəfindən aparılmasını istədi. Lakin Vasim müəllim tez-tez özü də bu verilişin qonağı olacaq”.

Mədəniyyət TV

Qeyd edək ki, “Haqqın dərgahı” verilişi müstəqilliyin ilk illərindən fəaliyyətə başlayıb. Hər həftənin cümə axşamı günü 15 dəqiqəlik yayımlanan verilişin müəllifi Arif Teymurov, rejissoru Sevda Abdullayevadır.

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
››› Tarif Şurasının son qərarı əhalinin ödəmə qabiliyyətinə heç bir təsir etməyəcək - Rəsmi
››› Hansı bürclərin nümayəndələri kin saxlayır...
Son xəbərlər
Bütün xəbərlər »