Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Düşmənin cürət edib cavab verə bilmədiyi məktublar

Bu səhər yuxudan oyananda içimdə qəribə bir hiss baş qaldırdı. Bu, nifrət, qəzəb, qisas hissi idi. Axı bu gün Xocalı Soyqırımının 27-ci ildönümüdür.

Lənətlənmiş ermənilər 24 il öncə Xocalı adlı bir şəhərimizi tamamilə yerlə-yeksan etdilər, yandırdılar, dinc sakinlərə qarşı əsl soyqırım torətdilər. Xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklər etdilər.

Soyqırım zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirildi.

Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirildi. Onlar diri-diri yandırıldı, başları kəsildi, qafalarının dərisi soyuldu, körpə uşaqların gözləri çıxarıldı, süngü ilə hamilə qadınların qarınları yarıldı. Meyitlər üzərində dilə gətirilməsi mümkün olmayan təhqiramiz hərəkətlər edildi.

Ümümiyyətlə, mən, onlara tez-tez məktub yazıram, xüsusən də, matəm günlərində- 20 Yanvar, 26 Fevral, 31 Mart, 8 May... və torpaqlarımızın işğal olunduğu digər günləri özümə borc bilirəm onlara yazıb onların günahlarını xatırladıb ittihamlarımı bildirim...

Məhz bu gün də istədim ermənilərin üzünə qarşı deyim ki, 27 il əvvəl görün nələr etmisiniz, siz insan deyilsinizmi, bu etdikləriniz insanlığa sığışırmı?! İstədim yadlarına salım ki, 1992-ci ilin bu günündə günahsız insanları qəddarcasına öldürüb, şəhəri tamamilə yerlə yeksan edibsiniz, bu gün isə Xalqım ağlayır, matəm içindədir, Xocalını, şəhidlərini ağlayıb, yas saxlayırlar. Kədərimiz isə təsvir edilməzdi. Niyə xalqımı, vətənimi bu günə qoydunuz?!.

Nədir axı bizim günahımız?!

27 il öz torpaqlarımıza ayaq basa bilmirik, əzəli torpaqlarımıza həsrət qalmışıq. O torpaqlara ancaq şəkillərdə baxıb “ah” çəkirik.

Mən onlara dəfələrlə məktub yazmışam, bir Azərbaycan vətəndaşı kimi etirazımı, nifrətimi bildirmişəm, amma nədənsə, cavab almamışam. Balıq kimi ağızlarına su alıb dinib danışmırlar. Halbuki 3 dildə yazmışam: azərbaycan dilində, rus dilində, ingilis dilində. Bəlkə cürətləri çatıb cavab verməyiblər, bəlkə utandıqlarından susublar?

Bir də ki, ermənilərdə utanan sifət varmı? Zay millətdən nə gözləmək olar ki? Susurlar, bəlkə də deməyə söz tapmırlar? Susurlarsa, deməli suçlarını boyunlarına alırlar.

Axı, biz sadəcə öz Qarabağımızı, İrəvanımızı, Göyçəmizi istəyirik. Biz Ədalət istəyirik! Məgər buna haqqımız yoxdur?

Məgər öz torpaqlarımızda əsl sahib kimi gəzməyə haqqımız yoxdur?

Məgər əzəli torpaqlarımızı qaytarmağa haqqımız yoxdur?

27 ildi artıq. Bir igidin ömrü qədər dözdük. Cinayətkar cəzasını çəkməlidir. Ermənilər isə əsl cinayətkardır. Məktubumu yazdım, göndərdim, məktubu bitirəndən sonra, sonda yazdım: "Dərin nifrətlə Azərbaycan vətəndaşı".

Mən, əmin deyiləm ki, mənə cavab verəcəklər, yenə həmişəki kimi, ittihamlarım, tənqidlərim cavabsız qalacaq. Məktubu oxuyub özlərinə bəraət qazandırıb, heç bir fikir bildirməmək erməni kimi alçaq millətə, xas olan bir xüsusiyyətdir. Bundan o tərəfə yol yoxdur. Artıq sözün, səbrin tükəndiyi, bitdiyi yerdir.

Allah bizə daha səbr verməsin. Bu sözü deməkdən yorulmuşuq, bezmişik, tükənmişik, amma nə edək bu sözü bu dəfə də böyük təəssüflə və ürək ağrısı ilə deməyə məcburuq "Başın bu dəfə də sağ olsun, Vətən!".

Leyla Namazova

Paylaş »
››› Ermənilərdən Putinə daha bir yalvarış məktubu
››› Ermənistanın "tragikomik" yalanları: Türkiyə sənətçilərini Qarabağda "öldürürlər"
››› Cəbrayılın işğaldan azad edilən Minbaşılı kəndinin görüntüləri - Video
››› Prezident işğaldan azad olunan ərazilərimiz barədə xəbər paylaşıb
››› XİN Ceyhun Bayramov və Mayk Pompeonun görüşü barədə məlumat yayıb
Son xəbərlər
Bütün xəbərlər »