Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bazarstore”da satılan düyünün tərkibi heyrət doğurdu - Video

“Bazarstore”da satılan “Delicate” basmati düyünün sağlamlıq üçün təhlükəli olduğu bildirilir.

“Azərsun” Holdinqə daxil olan “Bazarstore” supermarket şəbəkəsində satılan “Delicate” basmati düyünün sağlamlıq üçün təhlükəli olduğu bildirilir. Bizimyol.info-ya müraciət edən vətəndaş “Bazarstore”dan aldığı düyünün süni qida olduğundan şübhələnib həmin düyünü qaz sobasına atıb. Düyü şam kimi əriyib.

Qeyd edək ki həkimlər süni düyülərin də həyat üçün təhlükəli olduğunu, hətta xərçəngin yaranmasına gətirib çıxardığını bildirirlər.

Bu iddia ilə bağlı “Azərsun Holdinq”in İctimayətlə əlaqələr və Biznesin inkişafına dəstək departamentinin müdiri Afiq Səfərova 12 fevral 2019-cu il tarixində informasiya sorğusu göndərilib.

Bu iddia ilə bağlı “Delicate” MMC-nin baş direktoru Novruz Həsənov Bizimyol.info-ya bildirib ki, düyü məhsulları rəhbəri olduğu şirkət tərəfindən ölkəyə Hindistandan idxal edilir: “Bu məhsullar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən laborator analiz edilib və bu barədə müvafiq sertifikat da verilib”.

Novruz Həsənov iddia edib ki, video qərəzli olaraq çəkilib: “Bir ay öncə şirkətimizin bir qadın əməkdaşı işində ciddi nöqsanlara yol verdiyi üçün işdən azad edilib. Videodakı səs həmin işçinin səsinə oxşayır. Əgər belə alov üstüdə nəinki düyü, hər hansı bir məhsul da yanıb külə dönər. Videoda danışan qadın hələ qırmızı mərciməyi də alovun üstündə yandırmaq istəyir. Bildirim ki, qeyd olunan məlumat öz təsdiqini tapmayıb və yayılmış video şirkətimizin imicinə ciddi zərər vurub”.

Ramid İbrahimov

Paylaş »
››› Hamının sevimlisinə çevrilən “Həyat həkim” əslində kimdir... - Video
››› “Cəbhədən İcra Hakimiyyətinə zəng edib anama 2 çörək almalarını xahiş etdim, almadılar”
››› “Ermənistana verilən yardım paketi Azərbaycanın xeyrinədir”
››› Putin nüvə qarşıdurmasına “Qiyamət gününün təyyarəsi”ni almağa hazırlaşır
››› Ölkəyə səs salacaq məhkəmə prosesində hazırlıq iclası keçirilir
››› “600 min pul alıb, bunun oynamağına bax”
››› Atatürkə qarşı böyük hörmətsizlik
Son xəbərlər
Bütün xəbərlər »