Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"BNA vətəndaş məmnunluğu yaratmalı, sərt qərarlarına yenidən baxmalıdır" - Baş redaktor

"Bakı Nəqliyyat Agentliyi sürücülərə "qan uddurur"! Bundan yumşaq söz demək çətindir! Maşını 20-30 saniyəlik saxlayıb sərnişin düşürənlərə 20-40 manat cərimə yazmağın başqa adı yoxdur!".

Xəbər verdiyimiz kimi bu sözləri "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid öz şəxsi "Facebook" hesabında yazıb. Onun bu fikirləri isə Bakı Nəqliyyat Agentliyini hərəkətə keçirdib. Agentlik məsələni araşdıraraq cavab verib ki, baş redaktorun yaydığı fikirlər həqiqəti əks etdirmir, agentlik ona məxsus Nissan Altima markalı, 10-PV-525 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dayanma və durma qaydalarının pozmasına dair hər hansı bir fakt qeydə almayıb. Baş redaktorun öncədən dediyi 90-PV-525 dövlət nörmə nişanlı, Toyota Prado markalı nəqliyyat vasitəsi isə 15.02.2019 tarixində saat 11:09-da Nəsimi rayonu Səməd Vurğun küçəsi Təzə bazarın yanında dayanma durma qaydasını pozmasına görə cərimələnib.

Agentliyin yaydığı məlumata münasibət bildirən Rəşad Məcid isə agentliyin yaydığı məlumatla razılaşmadığını bildirib. O deyib ki, yayılan məlumatda bildirilən nəqliyyat vasitəsinin ona heç bir aidiyyatı yoxdur:

Rəşad Məcid

"Toyota prado markalı avtomobilin mənə qəti aidiyyatı yoxdur. Mənə zəng edib maşının nömrəsini soruşdular, əzbər bilmədiyim üçün dedim 90-PV-525, sonra dəqiqləşdirdim ki, 10-PV-525-dir. Həmin nəqliyyat vasitəsini də mənim sürücüm idarə edib. Sürücümə mesaj da gəlib cərimələnməsi ilə bağlı. Sadəcə mənə maraqlı deyil bu məsələ.

Bu məsələni də mənə taksi sürücüləri, başqa-başqa adamlar hayqıra-hayqıra danışıblar ki, müəllim, bir yerdə bir sərnişini düşürdürük, o dəqiqə 20 manat cərimə gəlir bizə. Biz heç gündə 20 manat qazana bilmirik, bizə "qan uddururlar". Bunu xeyli müddətdir mənə deyirdilər, məın də düşünürdüm ki, yəqin yeni islahatdır, fikir verməyim bu məsələyə, o qədər də ciddi baxmırdım. O günü Yazıçılar Birliyinə gedəndə düşməli idim maşından, sürücüm dedi ki bu sırada maşınlar dayanıb ona görə də kənarda saxladı. Onun üzərindən 5-10 dəqiqə keçəndən sonra sürücüm dedi ki, saat 12 radələrində 40 manat cərimə olunmusunuz. Biz də təxmin etdik ki, yəqin Yazıçılar Birliyində düşəndə düşmüşük, yaxud da tıxacda olanda düşmüşük. O dəqiqə beynimə gəldi ki, yəqin taksi sürücülərinin dediyi kimidir, mən maşından düşəndə cərimələnmişik. Ona görə də mən bu məsələni şəxsi problemim kimi yox, başqalarının ağrısını, narahatlığını hiss edərək yazmışam. Hətta yazandan sonra teleaparıcı Rövşanə Bektaşi də yazdı ki, mən işıqforda saxlayanda 18 manat cərimə olunmuşam, gənc şair Şəhriyar Delgərani yazdı ki, maşının qarşısına pişik çıxdı, əyləci sıxıb saxladım cərimələndim və s. Bakı Nəqliyyat Agentliyi gedib bu məsələləri araşdırsınlar. Yoxsa onların açıqladığı Toyota Prado markalı maşının mənə heç aidiyyatı yoxdur. Mənim maşınım Yazıçılar Birliyinə məxsus Nissan markalı, 10-PV-525 dövlət nömrə nişanlı maşındır.

Mən düşünürəm ki, bəzi problemləri sərt inzibati metodla aradan qaldırmaq mümkündür amma sən o zaman sərt inzibati yola əl atarsan ki, şərait və infrastruktur yaradasan. Sən əvvəlcə Bakıda nəqliyyat sistemini, dayanacaqları qaydasına sal, sonra həmin rahatlıqdan yararlanmayanları 40 manat cərimə elə. Bu taksi sürücüsü bütün gün sükan arxasında əsir-yesir olur pul qazanır sən onu hardasa sərnişin düşürtdüyünə görə cərimə edirsən".

Baş redaktor Bakı Nqəliyyat Agentliyini vətəndaş məmnunluğu yaratmağa və sərt inzibati qərarlarına yenidən baxmağa çağırıb:

"Mən dünən daha bir status yazdım şəxsi hesabımdan. Yazdım ki, mənə maraqlıdır bu yeni təyin olunan məmurların dünya görüşləri. Dünən Dövlət Miqrasiya Xidmətinin rəhbəri Vüsal Hüseynovla görüşdük, özü də cavan oğlandı. O da yeni təyin olunub. Onun da cərimə etmək imkanları çoxdur. Amma o dünən dedi ki, biz burda vətəndaş məmnunluğu yaratmaq istəyirik. Tutalım kimsə Azərbaycanda 15 gün olubsa və hansısa sənədləri qaydasında olmayıbsa biz onun ölkəyə gəlişini cərimə edib burnundan gətirmək istəmirik, biz məmnunluq yaratmaq istəyirik. Ölkə başçısı da tapşırıq verib ki, şəffaflıq və məmnunluq yaradılsın.

Bir az poetik yanaşmaq istəyirəm məsələyə. Vaqif Səmədoğlunun gözəl bir misrası var, deyir ki; "Ulduzlar çox uzaqdır, özgə dərdi kimi uzaq". Ona görə də mənə o cür cavab verən hörmətli Bakı Nəqliyyat Agentliyinə ki, gərək onlar ölkədəki bütün 525-ləri araşdırardılar. Onlara arzu edirəm ki, onlar da insanlarda məmnunluq yaratsınlar. Şəhərdə nəqliyyat təsərrüfatını qaydaya qoyub sonra insanları sərt şəkildə cərimələsinlər. Onlar üçün bəlkə də 40 manat elə-belə puldur, amma bir taksi sürücüsü üçün, gündəlik azuqə axtaran insanlar üçün 40 manat tapmaq problemdir, ailənin problemidir, bunu da hiss etsinlər. Özgə dərdi kimi uzaq durmasınlar.

Mən demirəm ki, qanunsuz parklanmaya görə kimisə cərimə etməsinlər, mən deyirəm ki, əgər bir sürücü nəqliyyat vasitəsindən sərnişin düşürdürsə, kimsə gedib iş yerinin qarşısında düşürsə onu o dəqiqə çəkib-cərimələmək olmaz. Güya bizim onlarla düşmənçiliyimiz var? Onların mətbuat xidmətinin rəhbəri Mais Ağayev barədə də mən fikirlərimi ifadə etmişəm, çalışqandır, yaxşı mətbuat xidmətidir amma agentlik sərt qərarlarına yenidən baxmalıdırlar. Mais Ağayev bütün narazı insanlara cavab verməli deyil axı?".

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevin yaydığı məlumatda 10-PV-525 dövlət nömrə nişanlı, Nissan Altima markalı nəqliyyat vasitəsinin dayanma durma qaydasını pozmasına dair faktın olmadığını bildirsə də baş redaktor onun sürücüsünün telefonuna göndərilən protokolun nömrəsini redaksiyamıza göndərib.

Göndərilən protokolu araşdıran Mais Ağayev isə açıqlama verib ki, bu prtokol Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilməyib:

"Dəyərli ziyalımıza xatırlatmaq istərdim ki, bu protokol BNA tərəfindən tərtib edilməyib. Ümid edirəm Rəşad müəllim hansı qurum tərəfindən cərimə edildiyini dəqiqləşdirib BNA-nı əsassız yerə ittiham etdiyini etiraf edəcək".

Sürücüyə göndərilən mesajı oxucularımıza təqdim edirik:

Rövşən Əsədov

Bizimyol.info

Paylaş »
››› Bacadan tapılan məktub hamını heyrətləndirdi
››› Kirayə bazarının vəziyyəti Operativ Qərargahın qərarından asılı olacaq
››› İsrail 6 milyonluq peyvəndi məhv edəcək
››› Ərdoğan yanğından zərər çəkmiş vətəndaşlarla görüşüb - Video
››› Azərbaycanın yanğınsöndürmə qüvvələri Türkiyədə yanğınla mübarizə aparırlar - Video
››› Avqustun 2-nə olan hava proqnozu
››› Rusiyanın "Su-35S" təyyarəsi qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »